Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zahid Orucun parlamentdə səsləndirdiyi təklif rezonans doğurdu

Tarix: 28-11-2017 08:47     Baxış: 4345 A- / A+
Zahid Orucun parlamentdə səsləndirdiyi təklif rezonans doğurdu

Deputat: “Mənim dediklərim nazirliyin rəhbərliyinin, nazir müavinlərinin fəaliyyətinin təqdir olunması kontekstində idi”

Millət vəkili Zahid Oruc Milli Məclisin sonuncu plenar iclasında maraqlı bir təkliflə çıxış etmişdi. O demişdi ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən biri Qarabağ müharibəsi əlillərindən biri olsun. Bu təklif cəmiyyətdə müsbət reaksiyalara səbəb olsa da, sözügedən nazirlik tərəfindən birmənalı qarşılanmadı.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu təklifə reaksiya verərək bildirdi ki, əlilliyi olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir: “Bu, yanlış bir addım olardı. Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə, bu məsələlərə qarışmaq doğru deyil”.

Bunun ardınca, “Yeni Müsavat” olaraq yenidən Milli Məclisin deputatı Zahid Orucla əlaqə saxladıq və ondan verdiyi təkliflə bağlı yaranan reaksiyalara münasibət öyrənməyə çalışdıq.

Deputat bildirdi ki, müzakirələrdə sözügedən qurumun fəaliyyəti təqdir olunub və onların işinə dəstək xarakterli təkliflər səsləndirilib: “Biz parlamentdə sosial sahə ilə bağlı büdcə layihəsini müzakirə edərkən təkcə Qarabağ əlilləri ilə bağlı deyil, bütün digər kateqoriyalardan olan insanlarımızla bağlı məsələləri də gündəmə gətirdik. O səbəbdən söylənilən fikirlərin böyük bir hissəsi təklif xarakteri daşımaqla yanaşı, ötən illər ərzində hörmətli Səlim Müslümovun nazir təyin olunmasından sonra görülən işlərin işlərin dəyərləndirilməsi üzərində qurulmuşdu. Hər kəs də onu vurğulayırdı ki, aztəminatlı ailələrə yönəldilən ünvanlı yardım siyasətində, o cümlədən əlillik dərəcələrinin verilməsində və digər sahələrdə insan amilinin aradan qaldırılması müsbət haldır. Rüşvət və korrupsiya hallarının durdurulması və onu özünün müsahibələrində çox mənfi bir hal kimi qeyd edərək , həmin sosial bəlanın ləğv edilməsi üçün həyata keçirdiyi tədbirləri vurğulaması təqdir olundu. Hamımız bu işləri müsbət qiymətləndirdik. Hörmətli Səlim Müslümovun özü orada iştirak etmədiyindən hər kəs düşündü ki, bu müzakirələrin yekunları cənab nazirə məruzə olunacaq, bunlar gələn dönəmdə nəzərə alınacaq. Hesab edirəm ki, mənim parlament üzvü kimi Qarabağ əlilləri ilə bağlı məsələyə toxunmağım da həmin qurumun rəhbərliyinin, nazir müavinlərinin fəaliyyətinin təqdir olunması kontekstində idi”.

Zahid Oruc onu da vurğuladı ki, bu təklifdə söhbət Qarabağ savaşında iştirak etməyən nazir müavinlərinin fəaliyyətinə münasibətdən getmir: “Qətiyyən elə bir mövqe seçilməmişdi ki, kimlərsə bilavasitə Qarabağ savaşından keçmədiklərindən həyatın çox ağır üzünü görmüş, bu davanı aparmış insanların problemlərinə bələdçiliyi yoxdur. Əksinə, biz o insanların fəaliyyətinə qiymət veririk. Lakin hələ Qarabağ müharibəsi başa çatmayıb, bizim bu savaşdan keçən insanların rəhbərlikdə təmsil olunması həm də onlara göstərilən etimad və etibar kimi qələmə alınacağını, bizim gələcək davamıza, səfərbər olunmağımıza müsbət təsir edəcəyini söyləmişik. Hesab edirəm ki, buna verilən reaksiya adekvat oldu. Səlim müəllim vurğulayıb ki, Qarabağ əlillərini biz digərlərindən ayırmamalıyıq. Bu, həqiqətən də belədir. Onların Azərbaycanın hər bir sadə vətəndaşı, elmli, təhsilli insanı ilə yanaşı tutulması çox yaxşı bir baxışdır. Əksinə, biz onlara ayrıca evlər verilərkən, bütün Qarabağ əlilləri və şəhid ailələri bir binaya yerləşdirilərkən çağırış edirdik ki, belə olmasın. Burada da niyyət o idi ki, həmin insanlar özlərini ayrı-seçkilik siyasətinin hədəfində görməsinlər”.

Deputatın fikrincə, dövlətin şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı fəaliyyətinin təbliğində bu kateqoriyadan olan şəxsin fəaliyyəti daha effektiv ola bilər: “Mən hesab edirəm ki, mediadakı reaksiyalar da hamımızı düşündürür. Qarabağ müharibəsində iştirak edən qazi əgər idarəetmədə təmsil olunursa, onların hansısa ictimai təşkilatları varsa, həmin insanlar da dövlətin yanında olacaqlar. Azərbaycan prezidentinin bu sfera ilə bağlı həyata keçirdiyi genişmiqyaslı siyasətdə onlar dövlətin yanındadırlar. Qarabağ əlilləri idarəetmədə vəzifə tuturlar və dövlətim yürütdüyü siyasətdə iştirak edirlər. Onların addımları həmin cameə tərəfindən daha fərqli qəbul olunacaq. Əgər hansısa sosial məsələdə imkanımız çatmırsa, bugünkü büdcə imkanlarının xaricindədirsə, onların verdiyi izah hər hansı əlil və şəhid ailəsi tərəfindən qəbul olunacaq. Mən daha çox bunu qabartmaq istəmişdim. Burada niyyət həddindən artıq sağlam və həmin qurumun fəaliyyətini təqdir edən kontekstdə qoyulmuşdu. Əminəm ki, bu təklif də gələcək fəaliyyətdə müsbət formada nəzərə alınacaq” .

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar