Xəbər lenti
Rusiya Ermənistana ən köhnə “İsgəndər” raketlərini satıb - XARAKTERİSTİKA
Bu gün Ermənistanın müstəqillik günü ilə bağlı çoxdan bəri anons edilən hərbi parad baş tutdu. Ermənistan KİV-i xəbər verir ki, hərbi paradda “İsgəndər” taktiki-operativ raket kompleksi də nümayiş olunub.
Modern.az-ın araşdırmasına əsasən, Rusiyanın Ermənistana satdığı raketlər əslində funksional özəllikləri və hədəfi vurma radiusu xeyli azaldılmış “İsgəndər-E” kompleksinə aiddir. Belə ki, “İsgəndər” komplesklərinin bu variantı xarici ölkələrə satış üçün nəzərdə tutulduğundan beynəlxalq qaydalara uyğun olaraq onun bir çox göstəriciləri məhdudlaşdırılıb.
Məsələn, raket texnologiyalarına qoyulan beynəlxalq nəzarət qaydaları raket texnologiyasına malik ölkələrin xarici ölkəyə satacağı raketlərin hədəfi vurma məsafəsi 300 kilometri keçə bilməz. Digər tərəfdən, belə raketlərin çəkisi 500 kiloqramdan artıq olmamalıdır. Məhz bu səbəbdən Ermənistana satılan “İsgəndər-E” raketləri maksimum 280 kilometrə qədər hədəfi vura bilər və bu silahın raketlərinin çəkisi 480 kiloqramı keçmir. Digər tərəfdən, “İsgəndər-E” komleksinin divizionu yalnız 1 raket atəşi aça bilir. Halbuki, daha müasir və təkmilləşdirilmiş “İsgəndər-M” kompleksində 1 dəqiqə fərqlə 2 raket hədəfi vura bilər. Paralel olaraq, “İsgəndər-E” raketləri “M” varinatı ilə müqayisədə daha asan müəyyən oluna bilir, onun raketləri xeyli az manevr etmək qabiliyyətinə malikdir. Həm də onlar “İsgəndər-M” variantında olan radiokorreksiya, GPS, lazer və optik hədəfləmə özəlliklərindən məhrumdur.
“İsgəndər” kompekslərinin hər 3 varinatının xarakteristikası aşağıdakı kimidir:
1. “İsgəndər-M” 500 kilometrə qədər hədəfləri məhv etmək gücünə malik və 1 dəqiqə intervalla 2-ci raketi hədəfə göndərə bilən yüksək dəqiqliyə malik silahdır. “İsgəındər-M” 9M723 və 9M723-1, yaxud 9M723-1F raketlərindən istifadə edir.
2. “İsgəndər-K” bu raket kompleksinin ən müasir versiyasıdır. “İsgəndər-K” P-500 kimi qanadlı raketlərin, nüvə başlıqlı ballistik raketlərin hədəfi vurması üçün istifadə olunur. Bu kompleks 200 kilometrə qədər məsafədə hədəfi dəqiqliklə məhv edir.
3. “İsgəndər-E” bu raket kompleksinin xarici ölkələrə satışı üçün nəzərdə tutulan versiyasıdır. Onun maksimum hədəfi vurma məsafəsi 280 kilometrə qədər qısaldılıb, raketin çəkisi isə 480 kiloqramdan çox olmur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar