Xəbər lenti
Azərbaycanda büdcədənkənar xərclənməyə məhdudiyyət - Hökumət əsasnamə təsdiqlədi
Büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetalarının təsdiq edilməsinə qədər büdcədənkənar vəsaitlərin xərclənməsinə yol verilməyəcək.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”də əksini tapıb.
Büdcədənkənar vəsaitlər dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların (bundan sonra - idarə və təşkilat) büdcədən ayrılan təxsisatlardan əlavə daxil olmuş vəsaitlərdir. Büdcədənkənar vəsaitlər malların satışından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən büdcə təşkilatlarının əldə etdiyi vəsaitlər, habelə dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun, inzibati cərimələrin, maliyyə sanksiyalarının, dövlət nəfinə müsadirə olunmuş əmlakın satışından, habelə dövlət nəfinə müsadirə olunmuş pul vəsaitlərinə görə daxil olan vəsaitlərin qanunvericiliklə müəyyən edilmiş məbləğdə həmin gəlirlərin yığılmasını təmin edən dövlət orqanlarının xüsusi xəzinə hesabına köçürülən hissəsi, idarə və təşkilatların qanuna və ya ondan irəli gələn normativ hüquqi aktlara uyğun olaraq göstərdikləri xidmətlərə görə tutulan haqlar hesabına formalaşdırılır. İdarə və təşkilatların balansında olan maddi və qeyri-maddi aktivlərin satışı və ya icarəyə verilməsi hesabına büdcədənkənar vəsaitlərin formalaşdırılmasına yol verilmir. Büdcədənkənar vəsaitlər üzrə əməliyyatların həyata keçirilməsi üçün idarə və təşkilata onun müraciəti ilə xəzinədarlıq orqanlarında xəzinə hesabı açılır. Dövlət rüsumu, inzibati cərimələr və maliyyə sanksiyaları üzrə daxilolmaların qanunvericiliklə müəyyən edilmiş hissəsi ayda bir dəfə həmin gəlirlərin dövlət büdcəsinə ödənilməsini təmin edən dövlət orqanlarının xüsusi xəzinə hesabına köçürülür və bu daxilolmaların azaldılmasına aid edilir.
Növbəti ilin büdcədənkənar gəlirlərinin və xərclərinin proqnozlaşdırılması üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən idarə və təşkilatlar Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən idarə və təşkilatlar Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və onun tabeliyində olan rayon (şəhər) üzrə maliyyə idarələrinə (şöbələrinə), Azərbaycanın digər şəhər və rayonlarının dövlət büdcəsinin yerli xərclərindən maliyyələşən idarə və təşkilatlar Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələrinə (şöbələrinə) cari ilin iyul ayının 1-dək aşağıdakı sənədləri və məlumatları təqdim edirlər:
- büdcədənkənar vəsaitlər üzrə gəlirlərin (gəlir mənbələri və büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın paraqrafları üzrə) keçən ildə faktiki və cari ildə gözlənilən icrası barədə məlumatlar;
- büdcədənkənar vəsaitlər üzrə gəlirlərin (gəlir mənbələri və büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın paraqrafları üzrə) keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən qalığı barədə məlumatlar;
- növbəti il üçün büdcədənkənar gəlirlərin və xərclərin proqnozuna dair hesablamalar;
- növbəti il üçün gəlirlərin (gəlir mənbələri və büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın paraqrafları üzrə) layihəsi;
- təsdiqedici sənədlər (müqavilələr, arayışlar, üzləşmə aktları, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə).
İdarə və təşkilatlar büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının icrası barədə rüblük hesabat tərtib edir və hər rübdən sonrakı ayın 20-dək aidiyyəti üzrə Maliyyə Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və ya yerli maliyyə orqanlarına təqdim edirlər. İdarə və təşkilatın vəzifəli şəxsləri büdcədənkənar vəsaitlərin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə və təyinatı üzrə istifadə edilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar