Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin” – Millət vəkili

Tarix: 22-11-2017 19:17     Baxış: 4570 A- / A+
“Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin”


“Dövlət vətəndaşların kredit borcunun bir hissəsini öz üzərinə götürməlidir.”
Yenicag.az xəbər verir ki, bunu büdcə müzakirəsi zamanı Milli Məclisdə çıxış edən deputat Tahir Kərimli deyib. Çıxışı zamanı neftin qiymətindən, problemli kreditlərdən danışan millət vəkili etirazını səsləndirib. Onun sözlərinə görə, bütün beynəlxalq təşkilatlar gələn il üçün neft qiymətlərinin 50 dollardan az olmayacağını proqnozlaşdırıblar. Amma Azərbaycan büdcəsi layihəsində neftin bir barelinin baza qiyməti 45 dollar hesablanıb. Bu, 48 və ya 50 dollar götürülməlidir ki, layihədə olan büdcə kəsri azaldılsın.
Tahir Kərimli daha sonra problemli kreditlərdən söz açıb:
“Borcların yaranması vətəndaşların problemi deyil. Ölkədə devalvasiya baş verib və xərclər-borclar artıb. Belə olan halda vətəndaşın borcu qaytarmağa imkanı yoxdur. Heç olmasa dövlət bu borcların 1/3 hissəsini öz üzərinə götürüb, ödəməlidir.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar