Sizin Reklam Burada
Xəbər lenti
07-10-2026
06-10-2026
BÜTÜN XƏBƏRLƏR

Narazılıqlar nəzərə alınaraq, 20 hakimin, 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib

Tarix: 22-11-2017 09:37     Baxış: 4327 A- / A+
Narazılıqlar nəzərə alınaraq, 20 hakimin, 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib

6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakimi aşağı vəzifələrə keçirilib.
Bu il məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf şəxslərin təmsil olunması, hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülüb.

Bunu ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə “Azərbaycan” qəzetində işıq üzü görən “Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsi yaşayır” başlıqlı məqaləsində yazıb.

Ədliyyə naziri qeyd edib ki, birinci instansiya və apelyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinspial qiymətləndirilib: “Vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq, 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakimi isə aşağı vəzifələrə keçirilib”.

Ədliyyə naziri bildirib ki, cari ilin sonunadək ölkə üzrə bütün məhkəmələrin 60 faizini əhatə edəcək elektron məhkəmə sisteminin tətbiqi ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərməklə insanlara daha əlverişli və rahat şərait yaradacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar