Xəbər lenti
Millət vəkilindən həyəcan təbili: səhiyyədə…
Xəsətliklərin sayı artır, eyni zamanda, xəstəliklər getdikcə daha da cavanlaşır. İnsanların icbari tibbi sığortaya ehtiyacı var. Bu prosesi surətləndirmək lazımdır.
Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə 2018-ci ilin büdcə müzakirələri zamanı çıxışında deyib. O bildirib ki, icbari tibbi sığortanın ölkədə geniş tətbiqi həllini gözləyən ən vacib məsələlərdən biridir və müvafiq qurumlar bu sahədə ciddi addımlar atmalıdır:
“İki rayonda pilot layihə həyata keçirildi. 2018-ci ildə nə qədər rayonda icbari tibbi sığorta tətbiq olunacaq və neçənci ilə qədər bütün ölkədə tətbiq olunmağa başlayacaq? Çünki buna çox ehtiyac var. Müvafiq qurumlar tərəfindən icbari tibbi sığortanın tətbiqi məsələsinə ciddi önəm verilməlidir”.
Millət vəkili qeyd edib ki, ölkədə icbari tibbi sığortanın geniş şəkildə tətbiqinə böyük ehtiyac var:
”Bu gün icbari tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir. Biz hamımız bilirik ki, səhiyyə sahəsində ortaya çıxan, əhalinin bu sahədə üzləşdiyi bir sıra problemlərin həlli, səhiyyədə daha böyük islahatların keçirilməsi icbari tibbi sığorta sistemi inkişaf etmədən mümkünsüzdür. Bu istiqamətdə işlər sürətlənməlidir. Aidiyyəti nazirlik və qurumları bu məsələyə xüsusi önəm verməyə çağırırıq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar