Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Tarix: 21-11-2017 16:52     Baxış: 5456 A- / A+
Vəzifəli şəxslər barəsində cinayət işi başlandı


Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə lisenziyası ləğv edilən "Tərəkəmə Kredit İttifaqı"nın 14 nəfərə yaxın vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.

Manevr.az xəbər verir ki, cinayət işinin istintaqı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılır.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bu ilin yanvarında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı ilə 12 kredit ittifaqının - "Arzu Kredit İttifaqı", "Azəriinvest Kredit İttifaqı", "Cənub Kredit İttifaqı", "Ceyhun Kredit İttifaqı", "Compass Kredit İttifaqı", "F.A.S. Kredit İttifaqı", "Həkəri Kredit İttifaqı", "Kredo-İnvest Kredit İttifaqı", "Real Kredit İttifaqı", "Tərəkəmə Kredit İttifaqı", "Tural Kredit İttifaqı" və "Yardımlı Kredit İttifaqı"nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Lisenziyaların ləğv edilməsinə səbəb kimi kredit ittifaqları tərəfindən hesabatlıq qaydalarına riayət olunmaması, bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması göstərilib./apa

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar