Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Ermənistanı tam işğal etmək planı

Tarix: 18-11-2017 18:26     Baxış: 42 169 A- / A+
Azərbaycanın Ermənistanı tam işğal etmək planı


Ermənilərin kollektiv mövcudluğunun ləğvi

“Azərbaycanın problemi Qarabağ münaqişəsinin həlli ilə bağlı deyil. Onun məqsədi və qarşısına qoyduğu əsas vəzifə erməni dövlətçiliyinin məhvidir”.


Azərbaycanın Ermənistanı tam işğal etmək planı

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın “1in.am” saytına müsahibəsində erməni politoloq Ara Papyan bildirib.

Papyan bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanın nəyin bahasına olursa - olsun Qarabağı işğaldan azad edəcəyi barədə bəyanatını şərh edərkən bildirib.

Ara Papyan dolayısı ilə vurğulayıb ki, Azərbaycan istəsə idi çoxdan Qarabağı geri alardı. Erməni politoloqun fikrincə, Azərbaycanın məqsədi elə iqtisadi, siyasi və psixoloji şərait yaratmaqdır ki, Ermənistan boş əraziyə çevrilsin: “Mühacirət və doğum göstəricisinin aşağı düşməsi nəticəsində Ermənistan boşalmalıdır. Azərbaycan onu dəstəkləyən Türkiyə isə bununla yüz ildir ki, qarşılarında duran əsas məsələni - ermənilərin kollektiv mövcudluğunu ləğv etmək məsələsini həll etməlidirlər”,- deyə Ara Papyan iddia edib.
Erməni poitoloq əslində bu durumun yaranmasının əsas günahkarının Ermənistanı idarə edən Qarabağ klanının olduğunu ya bilərəkdən deməyib, ya da buna risk etməyib. Sirr deyil ki, Dağlıq Qarabağda sülh prosesinə əsas mane olan qüvvə Qarabağ klanının əli Xocalı faciəsinə bulaşmış rəhbərləridir - Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan və s. kimi klan təmsilçiləridir ki, onların hamısının mülki vətəndaşlara qarşı qanlı cinayətlərdə iştirakını sübut etmək çətin deyil.

Bunun üçün sadəcə klanın hakimiyyətdən getməsi və Ermənistanın maraqlarını klanın maraqlarından üstün tutan insanlar hakimiyyətə gəlməlidir. Klan bu illər ərzində Ermənistanın müstəqilliyinin bütün atributlarını Rusiyanın ixtiyarına verib və ölkəni yarımmüstəmləkə vəziyyətinə salıb. Təbii ki, Ermənistanı sevən insanlar bunu etməzdilər və ölkədə miqrasiyanın, səfalətin, Rusiyadan asılılığın əsas səbəbi olan Qarabağ münaqişəsini beynəlxalq hüquq əsasında həll etməyə mane olmazdılar, yəni Azərbaycanın hüquqi ərazilərinin işğalından əl çəkərdilər. Ən azından Madrid prinsipləri əsasında münaqişənin həllinə şərait yaradardılar.
Azərbaycanın Ermənistanı tam işğal etmək planı


Hələ ki, Qarabağ klanı Rusiyanın havadarlığı altında Azərbaycan ərazilərini işğal altında saxlayır və münaqişənin sülh yolu ilə həllinə mane olur. Amma bununla da özü də bilmədən Azərbaycan bütün Ermənistan ərazilərini işğal edib, İrəvanda normal vəziyyət formalaşana qədər bu ölkədə qoşun saxlamağa hüquq yaradır. Bu, Rusiyanın regionu tərk edən gün baş verə bilər. Amma Azərbaycan bunu tezləşdirə də bilər. Bunun üçün hərbi gücünü o qədər artırmalıdır ki, Ermənistan havadarları da xilas edə bilməsin.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar