Xəbər lenti
Orta məktəbdə yazarlarla görüş keçirilib -FOTOLAR

Sumqayıt şəhərindəki 26 nömrəli orta məktəbdə yazarlarla görüş keçirilib.
Manevr.az xəbər verir ki, məktəbin Azərbaycan dili müəllimi, şair Səyyarə Şükürovanın təşkilatçılığı ilə baştutan tədbirində yazıçı Almaz Sahilə, şairlərdən Məryəm Aslanqızı, Əli Nəcəfxanlı, Süleyman Hüseynov, Gülnarə Cəmalləddin, Namiq Dəlidağlı, Sevinc Qərib iştirak edib.
Tədbiri S.Şükürova açaraq görüşün məqsədi barədə məlumat verib. O, şagirdlərdə ədəbiyyata, poeziyaya marağın oyanması, yazarları daha yaxından tanımaları üçün belə görüşlərin keçirilməsinin vacib olduğunu dilə gətirib. Tədbir boyunca şairlər öz şeir nümunələrini səsləndirib, şagirdlərin müxtəlif suallarını cavablandırıblar. Səyyarə Şükürovanın Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi şeir və şagirdlərin hazırladığı musiqili kompozisiya qonaqlar tərəfindən alqışla qarşılanıb. Tədbirdə fəal olan, şeir söyləyən şagirdlərə şairlər kitablarını hədiyyə ediblər. Sonda direktor müavini Arzu Şükürova görüşə qatılan qələm adamlarına məktəbin müəllim və şagird kollektivi adından minnətdarlığını bildirib.
Sevinc Qərib
Manevr.az







Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar