Xəbər lenti
Maşınların çirkabdan qorunması üçün yeni məhsul çıxdı - VİDEO
Avtomobilllərin çirklənmədən qorunması üçün artıq müasir nanotexnoloji məhsullardan istifadə edilir. Bu məhsullar uzun müddət avtomobili çirklənmədən qoruyur və parıltılı saxlayır.
Manevr.az-ın məlumatına görə, keramika məhlulu yaxılmış avtomobilin üzərinə palçıq tökürsən, heç bir iz saxlamadan axıb yerə tökülür.
Avtomobilə bu məhlunun yaxılmasından öncə maşın təmizlənməli və 3 dəfə cilalanmadan keçirilməlidir. Bundan sonra isə müştərinin istəyinə uyğun olaraq 1 qatdan 10 qata qədər maşının üzərinə keramika məhlulu yaxıla bilər.
Üzərinə bir dəfə məhlul vurulandan sonra növbə gəlib çatır onun avtomobilin üzərində yaratdığı effekti izləməyə. Eyni anda avtomobilin məhlul yaxılan və yaxılmayan hissələrinə palçıqlı su tökülür.
Nanotexnoloji məhsulun avtomobillərə tətbiqi ilə məşğul olan şirkət nümayəndəsi bildirir ki, keramika maddəsinin yaxılması müştərilərin istəyinə və büdcəsinə uyğun olaraq həyata keçirilir.
Şirkət nümayəndəsi bildirir ki, keramika avtomobillərə 10 qat vurulan zaman hətta yüngül alətlərlə maşının üzərini cızmaq mümkün olmur. Çünki, məhlulun qalın qatı avtomobilin üzərini tam mühafizəyə götürür və bütün yüngül zədələrdən onu sığortalayır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar