Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident İlham Əliyev Abşeron rayonunda olub - VİDEO

Tarix: 17-11-2017 00:16     Baxış: 4379 A- / A+
Prezident İlham Əliyev Abşeron rayonunda olub - VİDEO
Prezident İlham Əliyev Abşeron rayonunda olub - VİDEO



Prezident İlham Əliyev bu gün Abşeron rayonuna səfər edib.
Xezerxeber.az-ın məlumatına görə, prezident əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, ümummilli liderin adını daşıyan parkda aparılan yenidənqurma işəri ilə tanış olub.
Daha sonra prezident Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Kompleksdə bir neçə idman növü ilə məşul olmaq və idman tədbirlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Kompleksdəki üzgüçülük hovuzu müasir standartlara cavab verir. Güləş və boks zalları həm idmançıların məşqi üçün, həm də yüksək səviyyəli idman yarışlarını keçirmək üçün nəzərdə tutulub.
975 tamaşaçı yerlik universal idman salonunda isə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür.
Kompleksdə 1600 tamaşaçı tutumuna malik futbol meydançası, habelə mini futbol basketbol və voleybol meydançaları, tennis kortu, şahmat klubu və mehmanxana fəaliyyət göstərəcək.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin tanınmış idmançıları ilə görüşüb.
Azərbaycanda artıq sayca 42-ci olimpiya idman kompleksinin istifadəyə verildiyini deyən dövlət başçısı bildirib ki, bu proses davam edəcək. Bu fakt özü, habelə idmançılarımızın çoxsaylı uğurları Azərbaycanın əsl idman ölkəsi olduğunu göstərir.
Rayonda görülən işlərdən də danışan prezident bildirib ki, qarşıda duran vəzifələr hələ çoxdur. İnsanları narahat edən bütün məsələləri həll edilməli, Bakının və böyük şəhərlərin olduğu kimi ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.
Dövlət başçısı Abşeron rayonunda bir sıra istehsal müəssisəsinin də açılışını edib. Sahibkarlığa Kömək Milli Fondunun xəttilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 milyon manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manat güzəştli kredit verilib, 8700 yeni iş yeri açılıb.
Açılışı edilən ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksinin dəyəri 42 milyon manatdır ki, bunun da 8,3 milyon manat güzəştli kredit hesbaına başa gəlib. Burada istehsal olunan 60 çeşiddə ət və 40 çeşiddə süd məhsulları "Made in Azerbaijan" brendi altında satışa çıxarılır.
Prezident Abşeron rayonunun Masazır qəsəbəsində 5 nömrəli tam orta məktəbin açılışını da edib. Üçmərtəbəli yeni məktəb 1200 şagird yerlikdir, burada 41 sinif otağı var.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar