Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın Qarabağ təklifi: Hansı paket müzakirə edilir?

Tarix: 16-11-2017 10:48     Baxış: 5313 A- / A+
Rusiyanın Qarabağ təklifi: Hansı paket müzakirə edilir?


ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olaraq, Rusiya Qarabağ münasiqişəsinin həllində əsas açar fiqur olmasını bir daha göstərir. Məhz bu səbəbdən bu istiqamətdə müvafiq addımlar atmaq istəyir və bir daha Rusiya bölgədə öz nüfuzunu bərpa etməyə çalışır.
Bu sözləri axar.az-a politoloq Arzu Nağıyev Ərdoğan və Putin arasında keçirilən Soçi görüşündən sonra səfərlərə start verilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Ərdoğan və Putin arasında istər keçirilən görüşdə, istərsə də mətbuat konfransında bu məsələ qabardılmasa da, prezidentlər arasında bu məsələlərin müzakirə olunduğu ehtimal edilir:
“Məhz bu mühüm görüşdən sonra Nalbəndyan Rusiyaya çağırılıb. O, Rusiyada həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Daha sonra Sərkisyanın, Məmmədyarovun Rusiya səfəri və Lavrovun Azərbaycana və Ermənstana bir günlük gəlişi Dağlıq Qarabağ məsələsinin həll edilməsi üçün müəyyən addımların atıldığından xəbər verir. Burada əsas təkliflər “Lavrov planı” deyilən Sankt-Peterburq və Kazan görüşlərinin protokollarıdır. Bu, Rusiyanın təklif etdiyi əsas paketlərdəndir. Keçirilən görüşlər də əsasən bu istiqamətdə təşkil ediləcək. Eyni zamanda bütün bunlar gələcəkdə hər iki ölkənin xarici işlər nazirlərinin görüşü üçün bir zəmin hazırlandığından xəbər verir”.
Qeyd edək ki, Ərdoğan və Putin noyabrın 13-də Soçidə qapalı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməliydi. Lakin prezidentlər yekun mətbuat konfransında bu haqda heç bir məlumat vermədilər. Buna baxmayaraq, bu görüşdən sonra maraqlı səfər turlarına start verilib. Görüşdən bir gün sonra Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Moskvaya çağrıldı, iki gün sonra Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya paytaxtına getməlidir, 4 gün sonra isə onlarla Moskvada görüşən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov həm Bakıya, həm də İrəvana səfər edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar