Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Amerikadan Dağlıq Qarabağ probleminə laqeydlik - Həll vaxtı hələ gəlib çatmayıb

Tarix: 15-11-2017 16:29     Baxış: 5527 A- / A+
Amerikadan Dağlıq Qarabağ probleminə laqeydlik


"Apardığım müşahidələr və təhlillər əsasında deyə bilərəm ki, ABŞ-da Dağlıq Qarabağ məsələsinə o qədər maraq yoxdur. Onların başı başqa məsələlərə qarışıb. İndi Amerikanı daha çox Ukraynada konflikt və Rusiyaya qarşı sanksiyalar, həmçinin, İran və Şimali Koreya ətrafındakı məsələlər və digər şeylər maraqlandırır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı isə ciddi fəallıq yoxdur".

Bu barədə Milli.Az-a açıqlamasında bu yaxınlarda ABŞ-da 10 günlük səfərdə olmuş "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

Amerikadan Dağlıq Qarabağ probleminə laqeydlik


Onun sözlərinə görə, ABŞ-ın rəsmi dairələri Dağlıq Qarabağ probleminin həllinə laqeydlik göstərir, "beyin mərkəzləri" isə bunun vaxtının hələ yetişmədiyini deyirlər:

"ABŞ-dakı "beyin mərkəzləri" və tədqiqat institutlarının müəyyən fikirlər bildirir və öz məsləhətlərini verirlər. Lakin Dağlıq Qarabağ məsələsi ilə bağlı açıq-aşkar deyirlər ki, bu problemin həllinin vaxtı hələ gəlib çatmayıb. Deyirlər ki, istəyirik ki, sülhlə həll olunsun, amma hamısı gözləyir. Bir tərəfdən Azərbaycan ABŞ-la enerji və Əfqanıstanda antiterror əməliyyatlarında müttəfiqdir, lakin digər tərəfdən, onlar xarici siyasətdən ümumiyyətlə, fəallıq göstərmirlər. Çünki ABŞ-da prezident seçkilərindən sonra daxildə böyük ziddiyyətlər yaranıb. Prezident Donald Trampın fəaliyyəti ciddi tənqid olunur. İstefalar var. Ona görə də gözləyirlər ki, administrasiyada hər şey öz yerinə otursun, məsələlər aydınlaşsın. Gördüyünüz kimi də, orada çoxlu kadr dəyişikliyi baş verir, o cümlədən də Dövlət Departamentində. Ona görə də kimsə Dağlıq Qarabağ məsələsində mövqe bildirməyə cürət eləmir. Düzdür, ümumi fikirlər bildirirlər, amma konkret plan və ya təşəbbüs yoxdur.

Amerikadan Dağlıq Qarabağ probleminə laqeydlik


Onların arasında yalnız ATƏT-in Minsk qrupunun sabiq həmsədr diplomatı Riçard Hoqland səlahiyyətinin bitməsinə az qalmış demişdi ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməli, sonra Dağlıq Qarabağın statusuna dair danışıqlar başlamalı, məcburi köçkünlər öz yerlərinə qayıtmalıdır. Ondan sonra ciddi fikir söyləyən olmayıb, gözəçarpan fəallıq yoxdur".


Azərbaycanın ekspert qrupu artıq ölkə hüdudlarından kənarda da tanınır - FOTO
Qeyd edək ki, ABŞ-da səfərdə olan "Baku Network" ekspert qrupunun nümayəndələri Vaşinqton, Filadelfiya və Nyu-Yorkda ABŞ-ın aparıcı "beyin mərkəzləri" və tədqiqat institutlarında görüşlər keçiriblər. Bu mərkəzlər arasında "Heritage Foundation", "Jamestown Foundation", "Brookings Institution", "Council on Foreign Relations", "Carnegie Endowment for International Peace", "Foreign Policy Research Сеnter" və digərləri olub. Görüşlər zamanı gələcəkdə, o cümlədən, "Baku Network" meydançasında müxtəlif ölkələrin ekspertləri arasında diskussiyaların təşkili, informasiya mübadiləsi ilə bağlı tədbirlərin keçirilməsi və "Baku Network"un beynəlxalq arenada fəaliyyətinə dəstək göstərilməsi üzrə razılaşmalar əldə olunub.

Xatırladaq ki, "Baku Network" bir müddət əvvəl Valday Klubu, Baltik Forumu kimi təşkilatlarla tərəfdaşlıq münasibətləri yaratmışdı.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar