Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada inanılmaz Qarabağ təxribatı – FOTO

Tarix: 14-11-2017 20:18     Baxış: 3393 A- / A+
Rusiyada inanılmaz Qarabağ təxribatı


Rusiyanın Sankt-Peterburq şəhərində dərc edilən “Dünya dövlətləri” (“Страны мира”) ensiklopediyasında təxribatçı material yerləşdirilib.
Turkustan.info xəbər verir ki, ensiklopediya müəllifləri Dağlıq Qarabağı ayrıca dövlət kimi göstərməklə bərabər, Azərbaycanın bu ərazisinin sahəsini də təhrif ediblər. Belə ki, 1970-ci il siyahıyalınmasına uyğun olaraq, əhali 150 min göstərilib, həmçinin “dövlətin” 11.458 kv/km-lik “ərazi”yə malik olduğu da qeyd edilib.
Xatırladaq ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Sovet Rusiyasının Azərbaycanı ələ keçirməsindən və ADR-in süqutundan sonra, Azərbaycan Sovet Sosialist Resublikası adından 1923-cü il iyulun 7-də verilmiş dekretlə yaradılıb. Muxtar Vilayətin ərazisi 4,4 min kv/km olub.
Məlum hadisələr və ermənilərin törətdiyi qətliamlar, Ermənistan silahlı qüvvələrinin apardığı işğalçılıq siyasəti zamanı, 1991-ci il noyabrın 26-da Azərbaycan parlamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv edib, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşüb.
Lakin Rusiyanın hərbi dəstəyi ilə erməni işğalçılarının apardığı hərbi əməliyyatlar və etnik təmizləmə nəticəsində 4,4 min kv/km-lik Dağlıq Qarabağ ərazisi, o cümlədən Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğal edilib. Ümumilikdə işğal edilən ərazi 17 min kv/km-ə yaxındır.
Dağlıq Qarabağın “müstəqil dövlət” kimi göstərmək, 65 minlik əhalisini 150 min, ərazisini 11.458 kv/km qeyd etmək olduqca təhlükəli təxribatdır və erməni məkridir.

Rusiyada inanılmaz Qarabağ təxribatı
Rusiyada inanılmaz Qarabağ təxribatı
Rusiyada inanılmaz Qarabağ təxribatı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar