Xəbər lenti
MÜTLƏQ OXUYUN-Bankdan borcu olanlara şad xəbər : Onların fəaliyyəti qadağan edildi
Nümayəndəlik institutunun ləğvi bank “qoçu”larının fəaliyyətinə də son qoydu: yeni ildən hamısı fəaliyyətini dayandırmalıdır”.
A24.az bildirir ki, bu haqda hüquqşünas Əkrəm Cəfərov bildirib.
O qeyd edib ki, borclulara ən böyük təzyiqi göstərən kollektorlar (“qoçu”lar) edir. Borcluları təqib edirlər, zəng edirlər, dəng edirlər, hədələyirlər, söyürlər, qanunsuz saxlayırlar, döyürlər və s. Halbuki kollektorlara borclu haqda məlumatın verilməsi belə bank sirrinin pozulmasıdır. Lakin indiyədək kollektorların fəaliyyətinin qanunsuz olduğunu sübut etmək çətin idi. Çünki banklar deyirdi ki, borclular haqda məlumatı kollektorlara məhkəmə işlərinin aparılması üçün verirlər. Bundan sonra bu arqumentdən istifadə edə bilməyəcəklər.
“Belə ki, məlum olduğu kimi yanvarın 1-dən hüquqi şəxsləri məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz. Məhkəmə işlərini apara bilməzlərsə, borclu haqda məlumat hansı əsasla onlara veriləcək ki? Verilə bilməz! Bank sirrinin pozulmasıdır! Buna görə də yeni ildən bütün kollektorlar fəaliyyətini dayandırmalıdır. Onlara indidən xəbərdarlıq edirəm: yeni ildən fəaliyyətlərini dayandırmasalar, onları və bankları bir-bir ifşa edib haqlarında hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Əminəm ki, sonuncular dövlət başçısının imzaladığı son qanunun icrasına ciddi nəzarət edəcəklər”.
P.S. Amma yeni ilədək də bütün borclular bilməlidir ki, kollektorlar onlara qarşı hələlik yalnız məhkəmə işlərini apara bilər. Kollektorların borclulara zəng etmək, harasa dəvət etmək və s. hüququ yoxdur! Belə halla rastlaşanda polisə şikayət edin. Yalnız bankın zənglərinə cavab verin, yalnız bank ofislərinə gedin (bütün bunlar da könüllüdür, məcburi deyil).
P.P.S. Yeni ildən nümayəndəlik institutunun ləğvi ilə bağlı rəhbərlik etdiyim “Antikollektor” da borcluları məhkəmələrdə təmsil edə bilməyəcək (təbii, vəkil olaraq şəxsən mən bunu etməyə davam edəcəyəm). Ümumən kollektorların sonu “Antikollektor”un bu fəaliyyətinə zərurəti də onsuz da azaldacaq. Bununla belə, “Antikollektor” fəliyyətini davam etdirəcək: vətəndaşlara məsləhətlər verəcək, onlara müraciətlərin, məhkəmə sənədlərinin hazırlanmasında və s. yardım edəcək. Axı hər bir halda vətəndaşlar özü özlərini məhkəmədə müdafiə edə bilər. Odur ki, onlara dəstək olacağıq. Ən əsası isə “Antikollektor” qanunsuz fəaliyyət göstərən kollektorları müəyyən edib aidiyyəti dövlət qurumlarına məlumat verəcək. Bir sözlə, bu “qoçu”ların axırına çıxacağıq! Odur ki, irəli və yalnız irəli!”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar