Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bizdə “üçüncü cins” məşhurlar var... - Millət vəkili

Tarix: 10-11-2017 09:33     Baxış: 5258 A- / A+
Bizdə “üçüncü cins” məşhurlar var...


Kimsə özünün orientasiyasını cəmiyyətə sırımaq istəyirsə, buna mühafizəkar yanaşan insanlar da qanunlar çərçivəsində bunun ailə institutuna mənfi təsir göstərməsi ilə bağlı təbliğat aparmalıdır.

Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Almaniya Konstitusiya Məhkəməsinin 2018-ci ildən ölkə vətəndaşlarının öz vəsiqələrində “üçüncü cins” nümayəndələri olmalarını göstərmələrinə izn verməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib. O bildirib ki, bu tip halların adiləşdirilməsi cəmiyyətdə bir çox fəsadlar yaradır:

“Buna stimul yaratmaq, qadın və kişidən başqa digər cinsin tanınması ilə bağlı mühitin yaradılması başlıca yanlış addımdır. Buna görə də qanunda, şəxsiyyət vəsiqələrində bunun göstərilməsi əslində yaxşı haldır. Çünki kiminsə vəsiqəsəsinə baxanda artıq onun haqqında müəyyən fikir insanlarda yaranmış olar. Bizdə də belə bir şeyin tətbiq olunmasını istəyərdim. Çünki bu hallara bizim ölkədə də çox rast gəlinir. Təəssüf ki, artıq bunu həyat tərzinə çevirən vəzifəlilər, tanınmışlar var və bunlar arxa planda danışılır. Bu yaxınlarda DİN 100 nəfərə yaxın belə şəxsə qarşı əməliyyat keçirmişdi. Bundan sonra böyük bir skandal yarandı, xaricdən təzyiqlər oldu”.
Millət vəkili qeyd edib ki, bu şəxslərin bilinməsi bizim də xeyrimizədir:

“Doğrudur, belə anormal həyat tərzinin mənəvi fəsadları var, amma bunun hüquqa daşınması, cəmiyyətdə rəsmi olaraq tanınması zərərli deyil. Çünki narkomanın, SPİD xəstəsinin tanınması ən azı insanların bu kateqoriyadan olan insanlarla davranış qaydalarını müəyyənləşdirməyə kömək etdiyi kimi, bunu həyat tərzinə çevirən insanları tanımaq da onlarla necə davranacağımızı bəlli edər. Unutmaq olmaz ki, bu hallar müasir dünyanın gəldiyi bir nöqtədir. Anormal, insan təbiətinə zidd olan bir proses olmasına baxmayaraq, bu artıq Avropada, bizdə də reallığa çevrilib. Ona görə də bu halın sənəddə göstərilməsi işin təhlükəli tərəfi deyil”.

Millət vəkili vurğulayıb ki, bu halların rəsmiləşməsi deyil, təbliği ziyanlıdır və ailə institutuna zərər vurur:


“Çünki ailə müqəddəs institutdur. Belə halların təbliği müəyyyən insanları ailə qurmaqdan, yaxud da normal insan həyatı yaşamaqdan çəkindirir. Bu halların təbliğinə bir səbəb də Avropanın getdikcə qocalması, qoca qitə olması, burada əhalinin artımının aşağı düşməsidir”.

Qeyd edək ki, Almaniya Konstitusiya Məhkəməsi ölkə vətəndaşlarının öz vəsiqələrində “üçüncü cins” nümayəndələri olmalarını göstərmələrinə izn verib. Yeni qaydaların 2018-ci ilin sonundan tətbiq ediləcəyini bildirib./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar