Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş ağrılarının səbəbi nədir? - “Ağrıkəsicilər ağrıları artırır”

Tarix: 08-11-2017 19:38     Baxış: 5341 A- / A+
Baş ağrılarının səbəbi nədir? - “Ağrıkəsicilər ağrıları artırır”
Ömründə bir dəfə də olsa başı ağrımayan insan yəgin ki yoxdur. Bu ağrının isə bir çox səbələri olar bilər. Uyğun müalicəni tapmaq üçün öncə ağrının növünü təyin etmək lazımdır.

Medicina.az-a mövzu ilə bağlı açıqlama verən nevropotoloq Ramil Əfəndiyev baş ağrılarının ən çox rast gəlinən nevroloji xəstəliklər olduğunu bildirib: "Ən geniş yayılmış forması gərginlik və miqren baş ağrılarıdır. Bunlar kliniki bir diaqnozdur və xəstənin şikayətlərinə baxılaraq dəqiq müəyyən olunur. Gərginlik baş ağrıları bir və ya ikitərəfli sıxıcı təzyiqedici xarakterdə olur. Bu zaman xəstədə ürək bulanma, qusma, bəzən başda doluluq hissi müşahidə olunur. Fiziki və zehni iş zamanı ağrılar daha da artır. İdmanla məşğul olmaq, gərginliyi aradan qaldırmaqla, fiziki və zehni işi bir –biri ilə əvəzləməklə gərəkdiyində dərman preparatları ilə ağrını tamamilə aradan qaldırmaq mümkündür”.

Soyuq hava baş ağrılarına təsir edən əsas amildir. Havanın qeyri-sabit keçməsi, xüsusilə də miqren xəstələrinə mənfi təsir göstərir.
Nevropotoloq bu xəstəliyin əlamətlərindən də söz açıb. Həkimin sözlərinə görə, bu tip ağrı daha çox qadınlarda rast gəlinir.

"Miqrendə başın bir və ya iki tərəfində ürək döyüntüsü kimi ağrı olur. Bu xəstəliyin əlamətləri, ürək bulanma, qusma, işıqdan, səsdən narahatçılıqdır. Yuxusuzluq, iştahsızlıq, stress, yorğunluq, tünd kofe içmək, tünd şokolad, pendir yemək, soyuq hava bu tip ağrıları artırır. İmkan daxilində bu qıcıqlandırıcı faktorlardan uzaq durmaq lazımdır”- deyə R. Əfəndiyev vurğulayıb.

Vətəndaşların əksər zaman ağrıkəsici dərmanlardan istifadə etdiyini bildirən həkim, bunun törədə biləcək fəsadlarından bəhs edib: "Bildirmək istəyirəm ki çox ağrıkəsici həblərdən istifadə etmək məsləhət deyil. Bu zaman da baş ağrıları azalmaq əvəzinə artır. Bir ayda 2-3 dəfədən artıq baş ağrıyarsa bu zaman həkimə müraciət edilməlidir. Müəyyən dərmanlarla bu ağrını azaltmaq olar”.

Qeyd edək ki, 45-50 yaşdan sonra miqren ağrıları səngiyir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar