Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sarkisyandan güzəşt ANONSU

Tarix: 06-11-2017 11:22     Baxış: 2593 A- / A+
Sarkisyandan güzəşt ANONSU


Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika Partiyasının toplantısında etdiyi çıxışda güzəştlərdən danışıb. Sarkisyan deyib ki, Qarabağ probleminin həlli ilə bağlı qərarın Ermənistan üçün ağrılı olacaq və həll yolu güzəştsiz mümkün deyil. Maraqlıdır ki, Ermənistan hərbi-siyasi rəhbərliyi dəfələrlə bu cür fikirlər səsləndirsə də sonda həll prosesini pozub.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi-şərhçi Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında Sarkisyanın ikibaşlı açıqlama verdiyini deyib:
“Bu ikibaşlı açıqlama da ola bilər. Bunu Azərbaycan cəmiyyətini sakitləşdirmək cəhdi kimi də qiymətləndirmək olar. Erməni tərəfi ara-sıra bu cür açıqlamalar verir. Bir müddət öncə də deyirdilər ki, 5 rayonu boşaltmağa məcburuq. Bununla da düşünürlər ki, Azərbaycan cəmiyyətində müəyyən rahatlıq yarada bilərlər. İkinci məqsəd isə Rusiyaya mesajdır ki, “məni çox sıxma”. Çünki Ermənistan cəmiyyəti mənə qarşı təzyiqlərə başlaya bilər, bu da sizin xeyrinizə deyil. Təzyiqlər nəticəsində Ermənistan siyasi kursunu dəyişə bilər. Amma mən hesab etmirəm ki, separatizmə başçılıq edən şəxs güzəştə hazır olsun. Nə Sarkisyan, nə də Koçaryan heç vaxt güzəştə getməz. Elə Levon Ter-Petrosyanı ona görə devirdilər ki, o, mərhələli həll planını qəbul etməsin. Ərdoğan da bu yaxınlarda rusiyalı həmkarı ilə görüşməlidir. Əgər Ərdoğan həqiqətən Dağlıq Qarabağ məsələsini müzakirə etsə və Putin hər hansı bir qərara gəlsə, Rusiya Ermənistana təzyiq edə bilər. Yəqin ki, Sarkisyan da bu təzyiqləri nəzərdə tutur ki, Rusiyanın qarşısında tab gətirməyəcəyik”.

Sarkisyandan güzəşt ANONSU


E.Şahinoğlu Dağlıq Qarabağ probleminin həllini Rusiyanın Ermənistana təzyiq etməsində görür:
“Dağlıq Qarabağ problemi ancaq bir şərtlə həll oluna bilər ki, Rusiya Ermənistana təzyiq etsin. Ermənistan Rusiyanın təzyiqi qarşısında tab gətirə bilməz və bu problem bir günə həll olunar. Ancaq Rusiya təzyiq etməsə, yenə də hər şey Azərbaycanın əlindədir. Azərbaycan öz hərbi gücünü ortalığa qoyayaraq bu problemi həll etmək məcburiyyətində qalacaq”.
Politoloq Zəlimxan Məmmədli də Ermənistanın hər hansı bir güzəşt edəcəyinə inanmadığını deyib:
“Məlumatlara görə “Böyük Ermənistan” layihəsində Dağlıq Qarabağ formal olaraq Azərbaycanın ərazisi olaraq, bütövlükdə Ermənistanın nəzarətində olması nəzərdə tutulur. İndiki şəraitdə Ermənistanın hər hansı bir güzəştə gedəcəyini gözləmirəm. Sadəcə, ola bilər ki, bu məsələdə Türkiyənin müəyyən qədər təsir imkanları olsun. Rusiya və Türkiyə prezidentlərinin görüşündə də bu məsələnin müzakirəsi gözlənilir. Bu problemi həll etmək Türkiyə-Rusiya münasibətlərinin daha da dərinləşməsi yolu ola bilər. Əks halda digər rəsmi və ya qeyri-rəsmi görüşlərdə hər hansısa güzəştlərin olacağını gözləmirəm. Diplomatik olaraq Dağlıq Qarabağın işğalda olduğunu, ağır problem olduğunu deyirik, beynəlxalq təşkilatları ittiham edirik. Son 20 ildə Azərbaycan diplomatiyasında fərqli yanaşma yoxdur”.//cebhe.info//

Sarkisyandan güzəşt ANONSU


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar