Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni Xankəndi-İrəvan avtobus marşrutu işə düşdü - Kəlbəcərdən keçməklə...(FOTO)

Tarix: 04-11-2017 20:25     Baxış: 4661 A- / A+
Yeni Xankəndi-İrəvan avtobus marşrutu işə düşdü


Ermənilərin işğal altındakı Ağdərə-Kəlbəcər ərazisindən Göyçəyə (“Vardenis”) çəkdikləri yeni yolla İrəvana gedən ilk marşrut avtobus işə düşüb.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Həmin yolla avtomobillərin hərəkəti sentyabrın 1-dən başlayıb. Noyabrın 1-də isə Xankəndindən eyni yolla Ağdərə, Kəlbəcər və Göyçədən keçməklə İrəvana gedən ilk avtobus yola düşüb.

Yeni Xankəndi-İrəvan avtobus marşrutu işə düşdü


18 yerlik mikro-avtobusa bilet 4500 dramdır(təxm.10 dollar). Erməni sərnişinlər İrəvana yeni marşrutdan razı qalıblar. Laçın və Gorusdan keçməklə gedən yolla da gediş haqqı eyni qiymətədir. Lakin yeni yol Laçın yolundan 10 km qısadır və dağlıq ərazilərdə döngələr xeyli azdır. Odur ki, sərnişinlər İrəvana yarım saat tez çatırlar. Xəbərdə xatırlardılır ki, Ağdərə-Göyçə yolunun tikintisinə 17 mlrd. dram (təxm. 35 mln. dollar) xərclənib.

Yeni Xankəndi-İrəvan avtobus marşrutu işə düşdü


P.S. Yəqin ermənilər Azərbaycan ərazisindən keçən İpək yolunu Avropaya- Londona birləşdirən nəhəng Bakı-Tbilisi-Qars layihəsinin açılmasından sonra özlərinə cəmi 116 km uzunluğu olan Ağdərə-Göyçə yolu ilə təsəlli verməyə çalışırlar. Amma bütün hallarda torpaqlarımızda ermənilərin miqyasından asılı olmayaraq hər hansı bir layihə həyata keçirməsi bizim üçün başalçaqlığıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar