Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Abutalıbova bağlı qurumda nöqsanlar aşkarlandı

Tarix: 02-11-2017 18:19     Baxış: 6328 A- / A+
Abutalıbova bağlı qurumda nöqsanlar aşkarlandı
Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində proqnozlaşdırılmış və fakitiki qulluq edilmiş yaşıllıq sahələrinin göstəriciləri fərqli olub.

Hesablama Palatasından verilən məkumata görə, Birliyin Nizamnaməsinin bəzi tələblərinə riayət edilməyib, Birliyin strukturunu və ştat cədvəli Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq etdirilməyib, strukturu "İdarə aparatı” və "sahə işçiləri” olmaqla Birliyin rəhbərliyi tərəfindən təsdiq olunub. Nəticədə 2016-cı ildə aparat işçilərinin ştat cədvəli üzrə 10 dəfə, sahə işçilərinin ştat cədvəlində isə 15 dəfə dəyişiklik edilib.

Bakı şəhərinin yaşıllıqlara xidmət göstərilməsi üçün "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə dövlət büdcəsi layihəsinə təqdim olunan və icra prosesində Birlik tərəfindən qulluq edilən sahə göstəriciləri arasında əhəmiyyətli fərqlər olub, müvafiq illərdə "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə yaşıllıqlara qulluq xərcləri ilə bağlı təqdim olunmuş proqnozlaşmada Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin tərkibində norma ilə nəzərdə tutulmayan xərclər nəzərdə tutularaq proqnozlaşdırılıb.

Birliyin təsdiq edilmiş ştat cədvəllərində yaşıllıq sahəsi işçilərinin əməkhaqları qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun müəyyənləşdirilməyib, aqronom vəzifəsinə uyğun olmayan ixtisaslarda (müəllim, mühəndis, iqtisadçı və s.) audit dövründən əvvəl 13 nəfər şəxs işə qəbul edilib və onlara əməkhaqqı ödənilib, yaşıllıq sahəsi işçilərinin icbari sığorta haqqı ödənilərkən işdən çıxan işçilər üzrə sığorta haqqı azaldılmayıb.

Birlik tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməyərək balansında olan yaşıllıq sahəsinin, habelə həmin sahədə ağac və kolların, çəmənlik və gül sahəsinin, çoxillik əkmələrin inventarizasiyası aparılmayıb, alınması rəsmiləşdirilmiş əkin materiallarının, o cümlədən ağac və kolların, hazır çimin, gül şitillərinin yaşıllıq sahələrində əkilməsi sahə üzrə (rayon üzrə) aktla sənədləşdirilsə də, ünvan və say barədə məlumatlar əks olunmayıb.

Birlik tərəfindən Nizamnaməsinə uyğun təsərrüfat fəaliyyəti göstərməsi üçün əlavə gəlir mənbələri axtarılmayıb, fəaliyyətini yalnız dövlət büdcəsindən Bakı şəhərinin yaşıllıqlarına qulluq məqsədilə ayrılmış vəsait hesabına formalaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar