Xəbər lenti
“Azərbaycanlı köçkünlər bu ölkədən dəstək gözləyir”
Millət vəkili Qənirə Paşayeva İspaniya və İtaliyanın ictimai xadimləri, fəal təşkilat rəhbərləri ilə görüşüb.
Axar.az xəbər verir ki, millət vəkili İspaniya baş nazirinin sabiq müavini və Afrika Qadınları Təşkilatının prezidenti xanım Maria Teresa Fernandez de la Vega ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Qarabağ həqiqətləri, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulması barədə məlumatlar verib.
Millət vəkili həmçinin italiyalı həmkarı, AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Şurasının bərabərhüquqluq və diskriminasiya məsələləri üzrə komitəsinin sədri Elena Centemero başda olmaqla, İtaliyanın tanınmış təşkilat rəhbərləri professor Rossana Berardi və Giuseppa Seidita ilə də müzakirələr aparıb.
İtaliyanın ATƏT-in Minsk Qrupunun üzvü olduğunu xüsusi vurğulayan millət vəkili Xocalı soyqırımından söz açaraq azərbaycanlı köçkünlərin Romadan Qarabağ probleminin həllinə dəstək gözlədiyini bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar