Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Aqil Abbas HİDDƏTLƏNDİ: ““Qarabağ” oyunu almışdı” deyənlərin qanında erməni qanı var”

Tarix: 01-11-2017 16:54     Baxış: 4401 A- / A+
Aqil Abbas HİDDƏTLƏNDİ: ““Qarabağ” oyunu almışdı” deyənlərin qanında erməni qanı var”


“Qarabağ” klubu növbəti tarixi uğuru ilə futbol ictimayyətini, bütün Azərbaycan xalqını sevindirdi.
Futbolçularımız Madridin “Atiletiko” komandası ilə cavab görüşündə yüksək səviyyəli oyun nümayiş etdirərək, son 35 dəqiqəsini azlıqda qalmalarına baxmayaraq, əzmkarlıqla qələbəyə bərabər heç-heçəyə nail oldular.
Hamının “Qarabağ”ın qələbəyə bərabər heç-heçəsindən danışdığı bir vaxtda,nə yazıq ki, bu uğura kölgə salmağa cəhd edənlər də var. Sosial şəbəkələrdə “oyun alınıb” kimi əsassız iddialar gözə dəyir… Guya, “Atletiko” əvvəlcədən “Qarabağ”la heç-heçəyə razılaşıbmış… Bu çirkin iddiada bulunanlar “Qarabağ”ın Bakıdakı qolsuz heç-heçəsindən sonra da gözə dəyirdilər…
Sosial şəbəkələrdə ürək bulandıran bu kimi statuslar qıcıq doğurmaya bilmir. Onları sanki “Qarabağ”ın uğurunu həzm edə bilməyən ermənilər yazır…
Manevr.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan millət vəkili Aqil Abbas deyib ki, “Qarabağ” klubu qarğışla yaranmayıb ki, qarğışla da dağılsın.
“Qarabağın qələbəsi haqqında ağlına gələni yazanların çoxunun futboldan xəbəri yoxdur. Heç bir komanda belə bir çempionatda, xüsusilə də kubok almaq istədiyi çempionatda saxta oyun oynaya bilməz. “Atletiko” nə qədər çalışsa da, “Qarabağ”a qol vura bilmədi, əgər saxtakarlıq olsaydı, zəif oynayardılar. 45 dəqiqə “Qarabağ”ın qapısına qol vurmaq üçün özlərini öldürdülər. Bu oyunda saxtakarlıq etmək mümkün deyil, bütün dünya oyunu izləyirdi. Əgər “Atletiko” “Qarabağ”a qalib gəlsəydi, iki milyon avro pul qazanacaqdı. “Qarabağ” ona nə qədər pul verə bilərdi ki? Bütün bu səslədirilən fikirlər əsassızdır. Normal ağlı, düşüncəsi olan hər bir azərbaycanlı, türk bu qələbəyə sevinir. “Qarabağ”ın qələbəsinə qısqanclıqla yanaşanlar bəlkə ermənidir, Azərbaycana düşmən olan biridir. Qanında qarışıqlıq olan insanlar bu qələbəyə kölgə salmağa çalışacaqlar”.
Millət vəkili deyib ki, “Qarabağ” axıra qədər döyüşdü.
“İlk dəfədir ki, “Qarabağ” dünyanın ən güclü komandaları ilə oynayır. Buna sevinmək lazımdır, qısqanclıqla yanaşmaq yox. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış 32 komandadan təxminən 25-i hər dəfə ora çıxan klublardır. “Qarabağ” gedib divlərlə vuruşur. Hər oyunda futbolçularımız daha da püxtələşir, qorxuları azalır, əsəb azalır. “Qarabağ” 40 dəqiqə ərzində “Atletiko” kimi komanda ilə 10 nəfərlə mübarizə apardı. Bütün bunlara kölgə salan insanları adam sayıb, cavab vermək lazım deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar