Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı isti hava ilə bağlı əhaliyə - Nazirlikdən açıqlama

Tarix: 31-10-2017 11:23     Baxış: 3326 A- / A+
Bakıdakı isti hava ilə bağlı əhaliyə - Nazirlikdən açıqlama
Dünən və bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun iqlim normasından 3-4 dərəcə yüksək olmasına baxmayaraq, anomal hava şəraiti müşahidə edilməyib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 24-29 dərəcə isti olub.

A.Verdiyev qeyd edib ki, Bakıda və Abşeron yarımadasında oktyabr ayında bu ildəkindən də yüksək temperaturlar qeydə alınıb. Son 20 il ərzində ən yüksək temperatur 33 dərəcə isti olmaqla, 2012-ci ilin oktyabrın 9-da, 32 dərəcə isti olmaqla, 2013-cü ilin oktyabrın 19-da qeydə alınıb:

“Ona görə də bu temperaturları anomal hesab etmək olmaz. Ümumilikdə, bu ilki oktyabrda müşahidə edilən hava şəraitini anomal saymaq olmaz. Oktyabrda bu ay üçün, eləcə də payız üçün xarakterik olan hava şəraiti müşahidə edilib”.

A.Verdiyev qeyd edib ki, bu gündən başlayaraq, Bakıda və Abşeron yarımadasında havanın temperaturu tədricən 5-6, bölgələrdə 3-5 dərəcə enəcək. Yaxın 2-3 gün ərzində ölkə ərazisində soyuq hava şəraiti müşahidə ediləcək. Bakıda və Abşeron yarımadasında hava küləkli keçəcək, temperatur 17-22, Aran rayonlarında 16-21, dağlıq rayonlarda 9-14 dərəcə isti olacaq.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar