Xəbər lenti
Canavarlar kəndlərə niyə hücum edir? - NAZİRLİKDƏN AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi son zamanlar canavarların yaşayış məntəqələrinə hücum etməsi, belə halların çoxalması barədə səslənən fikirlərə münasibət bildirib.
Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bu hadisələrin baş verməsinin əsas səbəbini açıqlayıb.
Mütəxəssis deyib ki, çox zaman canavarların ac olması səbəbindən yaşayış məntəqələrinə hücum etdiyi fikri önə çəkilir. Lakin bu hadisələr əsasən həmin heyvanların yaşayış arealına müdaxilə səbəbindən baş verir: “Əvvəlki illərlə müqayisədə yaşayış məntəqələrinin, heyvandarlıq təsərrüfatlarının sayı həddindən çox artıb. Təsərrüfatların sayı artdıqca da heyvanların yaşayış arealına müdaxilə olunur. Söhbət ondan gedir ki, canavarlar aclıqdan hücum etmirlər, onlar meşədə qidalanırlar, yaşayış məntəqələrinin və təsərrüfatların genişlənməsi onların hücum etməsinin əsas səbəblərindəndir”.
R.Mirzəyevin sözlərinə görə, Azərbaycan 1999-cu ildə Avropanın Yabanı Flora və Vəhşi Faunasının Mühafizəsi üzrə Konvensiyaya qoşulub. Azərbaycanın həmin ildə də ratifikasiya edilən konvensiyanın öhdəliklərini yerinə yetirdiyini deyən R.Mirzəyev qeyd edib ki, sənədin əsas tələblərindən biri canavarların mühafizə edilməsidir.
Nazirlik rəsmisi əlavə edib ki, canavarların təqib edilərək ovlanması qanunvericiliyə ziddir. Belə hala yol verən şəxslərin İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 1000-2000 manat məbləğində cərimələnməsi nəzərdə tutulur: “Buna baxmayaraq, canavar insana hücum edərsə, təhlükəli şərait yaranarsa, insan özünümüdafiə üçün son zəruri tədbir kimi həmin heyvanı məhv edə bilər. Bu halda cərimələnmə həmin şəxslərə şamil olunmur. Amma canavarı təqib etməklə vurmaq qanun pozuntusu hesab edilir”.
R.Mirzəyev qeyd edib ki, insanlar canavarların həyatları və təsərrüfatları üçün təhlükə yaratdığını hiss etdikdə bunula bağlı ETSN-nin regionlarındakı yerli şöbələrinə, yaxud yerli icra hakimiyyətlərinə müraciət edə bilərlər. Bu halda nazirlik həvəskar ovçuları, bələdiyyə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndələrini cəlb etməklə həmin ərazilərdə reydlər keçirə bilərlər. Bu reydlər canavarların ovlanması üçün deyil, onların xüsusi vasitələrlə ərazidən uzaqlaşdırılması üçün keçirilir: “Bu yaxınlarda Göyçay, İsmayıllı rayonlarının ekologiya şöbələrinə müraciət edilib. Yaradılan operativ qruplar tərəfindən ərazidəki canavarlar uzaqlaşdırılıb. Amma çox təəssüf ki, vətəndaşlar nazirliyə rəsmi müraciət etmirlər, canavarların hücumu barədə məlumatları mətbuata açıqlayırlar. Biz mətbuatdan oxuyuruq ki, hansısa təsərrüfata vəhşi heyvan hücum edib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar