Xəbər lenti
"Ermənistan ondan ötrü deyil ki, ruslar buraya gəlib onunla çəkmələrini silsinlər...”

Ermənistanda Rusiyanın siyasətinə qarşı narazılıq dalğası getdikcə güclənir...
“Rusların etdikləri, sadəcə, həyasızlıqdır, hətta müəyyən dərəcədə sadizmdir”.
Moderator.az-ın rus versiyası xəbər verir ki, bu sözləri ölkənin “1-ci informasiya kanalı”na açıqlamasında Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Meqrabyan söyləyib.
Rusiya baş naziri D.Medvedyevin İrəvana son səfərindən danışan ekspert bu səfərin heç bir şey həll etməyəcəyini bildirib. R.Meqrabyanın sözlərinə görə,

Ermənistanda Rusiyanın siyasətindən narazılıq dalğası getdikcə güclənir.
Erməni ekspert Moskvanın Azərbaycana silah satışından qıcıqlandığını da gizlətməyib:
“Bu gün Rusiya Ermənistana qarşı təhlükələrin əsas generatorudur. Burada söhbət Azərbaycana silah, o cümlədən hücum silahları satılmasından başlamış Ermənistanın üzərinə onun inkişafını ləngidən öhdəliklər qoyulmasınadək olan məsələlərdən gedir...”
R.Meqrabyan bununla belə Ermənistana qarşı etdiklərindən razı qalmayan Rusiyanın hələ bütün bunlara görə ermənilərin ruslara minnətdarlıq etmək istədiyini də vurğulayaraq deyib:

”Bu, sadəcə, həyasızlıqdır, hətta müəyyən dərəcədə sadizmdir. Bəli, Ermənistan cəmiyyəti bütün bunlardan aydın nəticələr çıxarmalıdır”.
“Bizim başqa vətənimiz yoxdur, bizim vətənimiz - Ermənistandır. Və bu vətən ondan ötrü deyil ki, ruslar buraya gəlib onunla çəkmələrini silsinlər...”-deyə erməni institutunun əməkdaşı əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar