Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Gənc ixtiraçı və səmərələşdirici mərkəz”-nin təqdimatı keçirilib -FOTOLAR

Tarix: 28-10-2017 19:31     Baxış: 31 119 A- / A+
“Gənc ixtiraçı və səmərələşdirici mərkəz”-nin təqdimatı keçirilib

Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində hazırlanan “Gənc ixtiraçı və səmərələşdirici mərkəz” layihəsinin təqdimatı keçirilib.

Manevr.az xəbər verir ki, məktəbin direktoru Adil Kərimov layihənin məzmunu haqqında iştirakçılara məlumat verərək bildirib ki, belə bir layihənin məhz məktəbimizdə icra edilməsi şagirdlərimizin intellektual, yaradıcı, natiqlik və bu kimi digər bilik və bacarıqlarının aşkara çıxarılmasında, həmçinin onların gələcəkdə ixtisaslı kadr olaraq yetişməsində böyük rol oynayacaq.

Direktor sentyabr ayında ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda gənclərin gələcək inkişafı ilə bağlı bir sıra vacib müddəların öz əksini tapdığını bildirib. Adil Kərimov həmçinin Dövlət proqramında gənclərlə bağlı bir neçə yeni istiqamətlərin də əlavə edildiyini və bu gün təqdim edilən layihənin də məhz bu sahəyə xüsusi tövhə verəcəyini qeyd edib.
Daha sonra çıxış edən Mingəçevir Gənclər Evi Sosial Xidmət müəssisəninin nümayəndəsi Kamal Əhmədovun sözlərinə görə layihənin həyata keçirilməsi nəticəsində şagirdlərdə bir sıra innovativ bilik və bacarıqlar formalaşacaq ki, bu da onların gələcək təhsil və karyeralarında yardımçı olacaq. Şagirdlər üçün belə bir layihədə iştirak etmək onları təhsil həyatlarında eyni zamanda, ictimai sferada öz həmyaşlarından fərqləndirəcək.

Layihənin tərəfdaşı qismində çıxış edən “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin icraçı direktoru Rəşad Qurbanov layihənin tətbiqindən gözlənilən nəticələr haqqında məlumat verib. Həmçinin şagirdlərdə erkən yaşlarında natiqlik, liderlik və bu kimi digər bacarıqların formalaşdırılmasında layihənin önəmini vurğulayıb.

Tədbirin sonunda şagirdləri maraqlandıran sual və təkliflər səslənib. Məktəblilərin istəklərinə uyğun olaraq layihəyə bir neçə yeni istiqamət əlavə edilib.

Ləman Bəylərova

Manevr.az

“Gənc ixtiraçı və səmərələşdirici mərkəz”-nin təqdimatı keçirilib
“Gənc ixtiraçı və səmərələşdirici mərkəz”-nin təqdimatı keçirilib
“Gənc ixtiraçı və səmərələşdirici mərkəz”-nin təqdimatı keçirilib
“Gənc ixtiraçı və səmərələşdirici mərkəz”-nin təqdimatı keçirilib
“Gənc ixtiraçı və səmərələşdirici mərkəz”-nin təqdimatı keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar