Xəbər lenti
"Məmməd Araz poeziya günü" keçirilib
Sumqayıt şəhər "Poeziya Evi"ndə M.Arazın ən yaxın dostu və həkimi Hacı Cəfər həkim Quliyevin təşəbbüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının və Əli Kərim adına Poeziya klubunun təşkilatçılığı ilə Məmməd Araz yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə "Poeziya Evi"nin direktoru, şair İbrahim İlyaslı açaraq Məmməd Arazın “Ana yurdum” şeirini deyib. Sonra söz Hacı Cəfər həkimə verilib. O deyib:”Məmmədə mən üç dəfə qan vermişəm, amma bilməyib. Axrıncı dəfə bildi, ağladı. Dedi mən bilməmişəm niyə belə etmisən? Dedim lazım idi. Dedi onda biz qan yoldaşıyıq. Mən də dedim ki, Məmməd mən sevinirəm ki, mənim qanım dahi şairin qanında gəzir”.
Şair Əşrəf Şəfiyev dahi şairlə səfərdə olmaları barədə danışıb: “Növbəti səfərimiz-görüşümüz İmişli rayonunun Əliqulular kəndində oldu. Orda bir görüş keçirməli idik. Baxdıq ki, dörd nəfər gəlib. Dayana bilmədim, dedim dörd nəfərə şeir oxuyacağıq? Məmməd dedi bu gələnlərin günahı nədi, onlar şeir dinləməyə gəliblər? Məmməd Araz şeir oxumağa başladı. Beş dəqiqədən sonra bütün zal doldu. Camaat ayaq üstə qaldı. Məmməd Araza ayaq üstə qulaq asırdılar. Bəlkədə, Azərbaycanda belə görüş olmamışdı”.
Şair Əvəz Mahmud Lələdağ, Paşa Qəlbinur, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Rafiq Oday, Sevinc Qərib, tənqidçi Vaqif Yusifli, jurnalistlərdən Rəhman Orxan, Aida Eyvazlı və digərləri çıxış edərək Məmməd Arazla bağlı xatirələrini söyləyiblər, onun poezipoeziyasından söhbət açıblar.
Tədbirdə məktəb şagirlərinin ifasında şairin şeiri səslənib, tanınmış müğənni İlhamə Yusifqızı onun sözlərinə bəstələnmiş mahnılar oxuyub.
Sonunda millət vəkili Aqil Abbas Məmməd Araz ailəsi adından tədbiri təşkil edənlərə və tədbir iştirakçlarına öz minnətdarlığını bildirib.
N.MƏMMƏDOV
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar