Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cəbhədə təxribat və Sərkisyanın “sülh” çağırışının - Səbəbi

Tarix: 26-10-2017 08:37     Baxış: 6374 A- / A+
Cəbhədə təxribat və Sərkisyanın “sülh” çağırışının


Azərbaycan cəbhədə kiçik də olsa, bir sıra irəliləyişlər əldə edə bilər. Lakin ordumuz hələ buna tələsməyəcək. Çünki İrəvan dərhal sülh danışıqlarının pozulduğunu səbəb gətirərək, bundan Bakının əleyhinə istifadə edə bilər.


Politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, Azərbaycanın növbəti hərbi uğuru Ermənistanın məğlubiyyəti demək olacaq:

“Hətta Ermənistanda daxili siyasi vəziyyət o dərəcədə pozulacaq ki, bu müharibə Dağlıq Qarabağ klanının bütün üzvlərinin hakimiyyətdən getməsi ilə nəticələnəcək. İrəvan da birmənalı olaraq məhz bu perspektivlərə görə hərbi yoldan qaçır. Cəbhədəki son vəziyyət ondan xəbər verir ki, İrəvan Azərbaycanın münaqişənin hərbi yolla həllinə tələsmədiyindən xəbərdardır. Ona görə də də ara-sıra gərginlik yaradır, təxribatlara əl atır. Sərkisyan bu cür spekulyasiyalarla vaxt udur. Onun əsas məqsədi marta qədər birtəhər kürsüdə oturmaq və rotasiya prinsipinə əsasən bu posta öz silahdaşlarından birini gətirməkdir. Zənnimcə, Azərbaycan cəbhədə kiçik də olsa, bir sıra irəliləyişlər əldə edə bilər. Lakin ordumuz hələ buna tələsməyəcək. Çünki İrəvan dərhal sülh danışıqlarının pozulduğunu səbəb gətirərək bundan Bakının əleyhinə istifadə edə bilər. Bu üzdən də çox ehtiyatlı olmalı, ən uyğun zamanı gözləməliyik”.

Danışıqlara gəlincə, politoloqun sözlərinə görə, Bakının bu prosesi davam etdirməkdə öz maraqları var.

“Azəbaycanın məqsədi bu vəziyyətdən istifadə edib hansısa diplomatik irəliləyişlər əldə etməkdir. Ancaq digər maraqlı tərəf Minsk Qrupu isə sadəcə danışıqlar prosesinin getməsinə, beləliklə də nisbi sülhün təmin olunmasına çalışır. Ona görə də danışıqların hansısa bir səmərə verəcəyinə inanmıram. Minsk Qrupu Ermənistana təzyiq göstərməlidir ki, İrəvan mövqeyini dəyişsin və konstruktiv danışıqlara getsin. Təəssüf ki, bu da yaxın zamanlarda baş verməyəcək”.

Qeyd edək ki, ötən gün Ermənistan Prezidenti Serj Sərkisyan müharibəni qəti arzulamadığını və sülh danışıqlarına sadiq olduğunu bildirib.(axar.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar