Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rəsədxana: Hazırda maqnit qasırğası maksimum fazadadır

Tarix: 25-10-2017 22:31     Baxış: 6305 A- / A+
Rəsədxana: Hazırda maqnit qasırğası maksimum fazadadır
Hazırda Günəşdə qasırğa maksimum fazadadır.
Manevr.az-ın trend-ə istinadən məlumatına görə, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki gündən sonra qasırğa əvvəlki vəziyyətinə qayıdacaq.

E.Babayev qeyd edib ki, Günəşdə G1 kateqoriyasına malik olan geomaqnit qasırğası baş verib. Hətta gün ərzində bu qasırğanın G2 kateqoriyalı qasırğaya keçməsi gözlənilir:

"Hazırda Kp indeksi 5-ə bərabərdir. Günəşdən öz başlanğıcını götürən qaynar günəş plazma küləyinin sürəti saniyədə 600 km-ə çatıb. Bu da nisbətən böyük rəqəmdir. Çünki sürət “sakit” hallarda 350-400 km saniyə ətrafında olur. Külək artıq dünəndən yerətrafı fazaya çatıb. Yer monitosferinin qüvvə xətlərini sıxaraq onu həyəcanlaşdırır və nəticədə qasırğa baş verir. Amma bu dəfə baş verən qasırğa heç də deyildiyi kimi, güclü deyil. Bu, təkrarlanan orta səviyyəli qasırğalardan biridir”.

E.Babayevin sözlərinə görə, dünən və bu gün baş verən geomaqnit qasırğasının səbəbi günəş səthində formalaşmış növbəti tac dəliyi ilə bağlıdır. Maqnit həyəcanlaşmasının baş verməsinə səbəb olan digər amil planetlərarası maqnit sahəsinin istiqamətidir. Planetlərarası maqnit sahəsinin Z komponenti cənuba doğru yönələrsə, maqnit həyəcanlaşması daha artmış olur. Bu gün günortaya qədər istiqamət cənubu göstərsə də, qısa müddətdə şimalı göstərib. Geomaqnit qasırğası gün ərzində davam edəcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar