Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yol polisi az öncə açıqladı, NƏHAYƏT Kİ... - OXUYUN!

Tarix: 25-10-2017 13:16     Baxış: 6329 A- / A+
Yol polisi az öncə açıqladı, NƏHAYƏT Kİ...
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin sükan arxasında olarkən sərnişinləri ilə danışmalarına görə məsuliyyətə cəlb olunmaları ilə bağlı məsələyə aydınlıq gətirib.

Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, bununla bağlı sosial şəbəkələrdə əsassız müzakirələr aparılır, həqiqətə uyğun olmayan, guya qanunvericilikdə bununla bağlı dəyişikliklər olması haqda yanlış informasiyalar yayılmaqla yol hərəkəti iştirakçıları arasında bilərəkdən çaşqınlıq yaradılır.
Bununla əlaqədar Baş Dövlət Yol Polis İdarəsi bir daha hərəkət iştirakçılarının, xüsusilə sürücülərin diqqətinə çatdırır ki, sürücünün sükan arxasında, sərnişinlərin isə nəqliyyat vasitəsində gedərkən danışmasının qadağan olunması ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik olmayıb, bu hərəkətlərə görə indiyədək heç kim inzibati məsuliyyətə cəlb edilməyib və edilə də bilməz.

Sürücülərin diqqətinə onu da çatdırırıq ki, təkcə bu ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən piyada vurma, toqquşma və maneəyə vurma kimi ağır yol qəzalarının əksəriyyəti məhz sürücülərin diqqətinin yayınması səbəbindən baş verib.

İnsanların ölümü və xəsarət almaları ilə nəticələnən qəzaların qarşısının alınması, habelə ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə hərəkət iştirakçılarının, xüsusilə sürücülərin nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmaları, yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə olunur.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar