Xəbər lenti
Bu gün güclü geomaqnit qasırğası başlayır
Bu gün və növbəti iki gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir.
Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2 ilə 3 arasında dəyişir (maksimum 9 olur), lakin getdikcə artacaq. Oktyabrın 24-də axşama doğru G1 kateqoriyalı, 25 oktybarda isə G2 kateqoriyalı qasırğa gözlənilir.
Onun sözlərinə görə, maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir: "Budəfəki geomaqnit həyəcanlaşmasının da əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hal-hazırda “günahkar” plazma küləyini sürəti 440 km/saniyə-dir. Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur".
E.Babayev qeyd edib ki, sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar