Xəbər lenti
Zakir Həsənov Aİ nümayəndəsinə ermənilərin təxribatından danışdı
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri səfir Kestutis Yankauskas ilə görüşüb.
Bu barədə İstiPress-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafı istiqamətində uğurlar arzulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonağın diqqətinə çatdırıb.
Müdafiə naziri bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində dinc sakinlər və hərbi qulluqçuların həyatlarına təhlükə yarandığından münaqişənin həlli yolu onun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işğalçı qoşunların Azərbaycan ərazilərdən qeyd-şərtsiz çıxarılmasından ibarətdir.
Səfir K.Yankauskas öz növbəsində bildirib ki, Avropa İttifaqı regionda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin və bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar