Xəbər lenti
Bakıdan Ukraynaya avtobus reysi açıldı - Gediş haqqı...

Azərbaycandan Ukraynaya yeni avtobus reysi açılıb.
Manevr.az "ökə.az”-a istinadən xəbər verir ki, Bakı-Xarkov-Kiyev avtobus reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək.
Reys həftənin 1-ci və 4-cü günləri saat 11:00-da yola düşəcək və təxminən 39 saata Kiyevə çatacaq.
İlk reys Bakıdan Kiyevə 9 noyabr, Kiyevdən Bakıya isə 13 noyabr tarixində yola düşəcək. Gediş haqqı 100 manatdır.
Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə - red.) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün isə bilet yarı qiymətə nəzərdə tutulub. Yəni, biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlər istədikləri təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətinə bilet əldə edə bilərlər.
Qiymətlər hər iki tərəfdən (həm Ukrayna, həm də Azərbaycan) daşımaları həyata keçirən şirkətlərin razılığı əsasında müəyyən edilib.
Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar