Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yol polisi avtomobil təmiri sexlərini nəzarətə götürür - VİDEO

Tarix: 20-10-2017 15:24     Baxış: 5251 A- / A+
Yol polisi avtomobil təmiri sexlərini nəzarətə götürür
Yol polisinin arayışı olmadan qəzaya uğrayan avtomobili təmir edən ustalar cərimələnir. Bu, qanunda və Nazirlər Kabinetinin əsasnaməsində göstərilsə də, tələblərə bir o qədər də ciddi əməl olunmurdu.
Manevr.az xezerxeber.az-a istinadla məlumat verir ki, artıq yol polisləri bu cür təmir sexlərində reydlər keçirəcəklər.

Dövlət Yol Polisinin icazəsi olmadan nəqliyyat vasitəsinin üzərində dəmirçi və rəngsaz işlərinin görülməsinə görə, böyük məbləğdə cərimə də var.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, arayışın tələb olunması həm "Yol hərəkəti haqqında" qanunun tələbidir, həm də Nazirlər Kabinetinin xüsusi göstərişi ilə bağlıdır.

Eyni zamanda, avtomobil sürücüsü hadisə ilə bağlı yol polisinə məlumat vermədiyi üçün, haqqında inzibati qaydada protokol tərtib edilə bilər. Ona görə də yol-nəqliyyat hadisəsi baş verirsə, dəymiş maddi zərərlə, yaxud tərəflər arasında dəymiş maddi zərərin məbləğindən və şikayətin olub-olmamasından asılı olmayaraq, hadisə mütləq dövlət yol polisində qeydiyyatdan keçməli, arayış tərtib edilməlidir.

Kamran Əliyev bunun ancaq qəzaya uğramış avtomobillərə aid olduğunu deyir.

Burada əsas məqsəd gizlədilən qəzaların aşkarlanmasıdır. Şöbə rəisinin sözlərinə görə, yol-nəqliyyat hadisələrində ölümlə nəticələnən və bağlı qalan bir neçə hadisə yoxlamalar zamanı aşkara çıxıb. Ona görə də yol polisi avtomobil təmiri sexlərində mütəmadi olaraq araşdırmalar aparır.

15 ildir avtomobil rəngləmə işi ilə məşğul olan usta Vaqif Əmirxanov da qəzalı avtomobilləri polisin icazə sənədi olmadan təmir etmədiyini deyir. O, hətta ayda 4-5 belə sürücünü geri qaytardığını dedi.

Sürücülər heç vaxt belə bir problemlə üzləşmədiklərini deyirlər. İstənilən vaxt avtomobildə əzik və ya rənglənmə işini rahatlıqla təmir etdirdiklərini bildirdilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar