Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sürücülərin DİQQƏTİNƏ : Maşın ustaları yol polisi ilə əlbir işləyir – RƏSMİ

Tarix: 19-10-2017 15:58     Baxış: 6328 A- / A+
Sürücülərin DİQQƏTİNƏ
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir.
Dövlət Yol Polisinin icazəsi olmadan nəqliyyat vasitəsinin üzərində dəmirçi və rəngsaz işlərinin görülməsinə görə, böyük məbləğdə cərimə müəyyənləşib. Bu, qanunda və Nazirlər Kabinetinin əsasnaməsində göstərilsə də, tələblərə ciddi əməl olunmurdu.

Son günlərin müşahidələrinə görə, yol polisi təmir sexində dəmirçi və rəngsaz işləri gördürənlərə qarşı nəzarəti gücləndirib. Məsələ bundan ibarətdir ki, əgər avtomobilinizdə ən kiçik dəmirçi işi, yaxud rəngləməni həyata keçirmək istəyirsinizsə, mütləq yol polisindən nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış almalısınız.

Əks halda sizi 100 manat və daha çox məbləğdə cərimə gözləyir. Hətta avtomobili təmirə götürən sex bu barədə yol polisinə məlumat vermirsə, onu da böyük məbləğdə cərimə gözləyir. Ən yaxşı halda, cərimədən yaxa qurtarmaq üçün təmir sexinə gələn yol polisinə 50 manat “şirinlik” verməklə arayış ala bilərsiniz…

Modern.az-ın məsələ ilə bağlı suallarını Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb. O qeyd edib ki, avtomobil sahibi dəmirçi və rəngsaz işi zamanı DYP-yə mütləq məlumat verməlidir:

“Arayışın tələb olunması həm “Yol hərəkəti haqqında” Qanunun tələbidir, həm də Nazirlər Kabinetinin xüsusi göstərişi ilə bağlıdır. Ümumiyyətlə, təmir sexlərində dəmirçi və rəngsaz işlərinin görülməsi ilə bağlı mütləq dövlət yol polisindən möhürlü arayış olmalıdır. Bu arayış olmasa avtomobili təmirə qəbul edən hüquqi və fiziki şəxsləri böyük məbləğdə cərimə gözləyir. Hətta əzik vəziyyətdə avtomobilin duracağa qəbulu və orada qalması inzibati xəta tərkibi yardır.

Təmir, dəmirçi və rəngsaz işlərinin aparıldığı sexlərdə yol polisi tərəfindən verilmiş arayış olmadıqda, onu təmirə qəbul edən ustanın məsuliyyətə cəlb olunması nəzərdə tutulub.

Eyni zamanda, həmin avtomobil sürücüsünü hadisə ilə bağlı yol polisinə vermədiyi məlumat üçün inzibati qaydada protokol tərtib edilə bilər. Ona görə də yol-nəqliyyat hadisəsi baş verirsə, dəymiş maddi zərərlə yaxud tələblər arasında dəymiş maddi zərərin məbləğindən və şikayətin olub-olmamasından asılı olmayaraq, hadisə mütləq dövlət yol polisində qeydiyyatdan keçməli, arayış tərtib edilməlidir”.

Şöbə rəisi bunun yol-nəqliyyat hadisələrinin qarşısını almaq, eyni zamanda, bağlı qalmış qəzalarla bağlı olduğunu vurğulayıb:

“Bu, əsasən, gizlədilən qəzaların aşkarlanmasına xidmət edir. Bu il baş vermiş yol-nəqliyyat hadisələrində ölümlə nəticələnən və qapalı qalmış 21 hadisə qeydə alınıb. O hadisələr, belə yoxlamaların nəticəsində tapılıb. Ölümlərin hamısı açılıb, təxminən 8 hadisə, 6 xəsarət açılmamış qalıb”.

V.Əsədov deyib ki, təmir sexləri yol polisi ilə əlbir işləyir:
“Sexlər qəbul edilən nəqliyyat vasitəsinin əzik, vurulmuş olması ilə bağlı bizə məlumat verirlər. Ola bilər, sürücü qapını açarkən yanlışlıqla divara vurub, yaxud nəqliyyat vasitəsinin detalı çürüyüb. Ümumiyyətlə, hansı səbəbdən olmasından asılı olmayaraq, vətəndaş qeydiyyatda olduğu ərazinin yol polisinə yaxınlaşıb avtomobil üzərində dəmirçi yaxud “malyar” işlərinin görülməsi ilə bağlı informasiya verməlidir. Yalnız yol polisinin ona verdiyi arayış əsasında təmir işini gördürə bilər.

Bu müddəa qanun qəbul edildiyi gündən qüvvədədir, sadəcə təkmilləşdirilib. Eyni zamanda, qanunların icrasına nəzarət gücləndirilib. Bu tədbirlər nəticəsində qəzaların, bağlı qalmış işlərin sayı azalıb.

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsini “şpaklovka”lı vəziyyətdə idarə etdiyi halda, yol polisi tərəfindən dərhal saxlanılmalı və avtomobili hansı səbəbdən bu cür idarə etdiyinə dair izahat verməlidir. Törədilən xəta ilə bağlı konkret cəza nəzərdə tutulub”.

V.Əsədov arayış üçün yol polisi tərəfindən 50 manat məbləğində vəsaitin tələb edilməsi ilə razılaşmayıb:

“Kim belə faktla qarşılaşıbsa, aidiyyatı üzrə məlumat versin”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar