Xəbər lenti
"Heç kimdən incimirəm, canları sağ olsun..."
“Rüfət hazırda Kürdəxanı həbsxanasındadır. Saxlanma şəraitindən narazılığı yoxdur. Vəkili Bəhruz Bayramovla da iki gün əvvəl görüşdülər”.
Bu sözləri Moderator.az-a açıqlamasında sabiq millət vəkili Eldar Sabiroğlu bu günlərdə həbs olunmuş oğlu Rüfət Səfərovun hazırkı vəziyyəti haqqında danışarkən deyib.
E.Sabiroğlu hüquqi prosedur qaydalara uyğun olaraq yuxarı instansiyalara müraciət edəcəklərini qeyd edib:
“Belə qərara gəlmişik ki, 20 gün müddətində Apelyasiya Məhkəməsinə şikayət verək. Ancaq bu günə kimi məhkəmənin hökmü təqdim edilməyib. Nəyə görə belə etdiklərini başa düşmürəm. Ola bilsin ki, gecikdirib bizi problem qarşısında da qoya bilərlər. Yubadıb vaxtı ötürdükdən sonra “zamanında Apelyasiya şikayəti vermədiyinizə görə işə baxıla bilməz” deyə bilərlər. Ona görə də vəkil Bəhruz Bayramov hökmü gözləmədən Apelyasiya Məhkəməsinə bu gün müraciət ünvanlayıb. Apelyasiya Məhkəməsindən sonra da Ali Məhkəməyə müraciət etməyi düşünürük. Hüquq və həqiqət nəyi tələb edirsə, Rüfətdən onu əsirgəyən deyiləm. Qəlbən inanıram ki, vəkili Bəhruz Bayramov da bu çətin yolda onunla bərabər olacaq”.
E.Sabiroğlu ölkəmizdəki insan hüquqları ilə məşğul olan qeyri hökumət təşkilatlarının Rüfətin məsələsində susqunluğuna da münasibət bildirib:
“Rüfət yanvar ayında həbs olunanda bir neçə hüquq müdafiəçisi öz ədalətli münasibətlərini açıqlamışdı. Ancaq indi susqunluq nümayiş etdirirlər, olsun, heç kimi heç nəyə məcbur edə bilmərəm. Heç kimdən də incimirəm, canları sağ olsun. Yəqin belə fikirləşirlər, görünür indi belə lazımdır. Mənə görə başlarını nə üçün ağrıtmalıdırlar ki. Özlərinə qalsaydı, biganəlik göstərməzdilər. Deməli ki, susqunluğun ciddi səbələri var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar