Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda Qarabağla bağlı İNANILMAZ AÇIQLAMA : “Biz azərbaycanlılarla...”

Tarix: 17-10-2017 13:59     Baxış: 4643 A- / A+
Ermənistanda Qarabağla bağlı İNANILMAZ AÇIQLAMA


Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Serj Sarkisyanın özünə və Qarabağdan gələnlərin qəbiləsinə sərfəli deyil. Çünki bu qəbilə Qarabağda müharibə dalğası zamanı Ermənistanda hakimiyyəti tutdu və məhz münaqişə nizama salınmadığı üçün hakimiyyətdə qala bilir”.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

Onun sözlərinə görə, vaxtilə Koçaryan, indi isə Sarkisyan Ermənistanda öz cinayət şəbəkəsini yaradıb, iqtisadiyyatı inhisara alıb, konstitusiyanı istədiyi kimi dəyişib və ölkəni rusların əmrinə verib.

"Qarabağ problemi həll olunarsa, "yalnız Qarabağdan gəlmələr xalqın maraqlarını müdafiə edə bilərlər, yəni Sarkisyan...” mifi dağılacaq”, - deyə o bildirib.

T.Arşakyan hesab edir ki, Sarkisyanın məntiqi davamı olaraq, Rusiya da münaqişənin həllini istəmir: "Rusiya münaqişəni inhisara alıb və o olmadan nə ABŞ, nə də Avropa İttifaqı heç nə edə bilməz. Münaqişə bölgəsində "nə sülh, nə də müharibə olsun” prinsipi Moskva üçün sərfəlidir. Sarkisyan bu münaqişədən istifadə edərək hakimiyyətini davam etdirdiyi kimi, Rusiya da bölgədə məhz bu amilə görə öz gücünü saxlaya bilir”.

Erməni siyasi şərhçi daha sonra maraqlı fikirlər səsləndirib və qeyd edib ki, bu düşüncəsinə görə ona təzyiqlər ola bilər.

"Mən indi qadağan olunmuş fikirləri səsləndirəcəm. Əminəm ki, əgər Sarkisyan olmasaydı, həmçinin, üzərimizdən Rusiya kölgəsi çəkilsəydi, ermənilərlə azərbaycanlılar birlikdə müzakirə aparıb, problemi sülh yolu ilə həll edə bilərdilər”, - deyə o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar