Xəbər lenti
İraqda qalan digər azərbaycanlı uşaqlarla bağlı müəyyən informasiyalar var : Dövlət Komitəsi
Azərbaycandan xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanların əksəriyyəti indi oradan qaçmağa çalışır.
Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
S.Heydərov bildirib ki, həmin insanlar ora aldanıb getdiklərini başa düşüblər: "Aldanıb gediblər və orada tamam başqa mühitə düşüblər. Sonradan səhv etdiklərini, aldandıqlarını anlayıblar. Ona görə də oradan qaçmağa, ölkəyə dönməyə çalşırlar. Təbiidir ki, onlar ölkəyə qayıdan zaman məsuliyyətə cəlb olunurlar. Bir çoxlarının isə vətəndaşlığı ləğv olunub. Buna görə də oradan qaçıb Azərbaycana yox, digər ölkələrə üz tutur və həmin ərazilərdə gizlənirlər.
Lakin onlar digər ölkələrdə olsalar da, Azərbaycanın hüquq-mühafizə orqanları həmin şəxslərin müəyyənləşdirilib ölkəyə gətirilməsi ilə məşğuldur. Yəni, Azərbaycandan gedib qanunsuz silahlı birləşmələrə qoşulanların hər birinin məsuliyyəti var və ona görə də onlar qanun qarşısında cavab verəcəklər".
Komitə sədrinin müavini bildirib ki, son dövrlərdə xaricdə qanunsuz silahlı birləşmələrə qoşulmaq üçün Azərbaycandan gediş qeydə alınmayıb, əksinə, oradan dönüş prosesi başlayıb: "İndi İraqda azərbaycanlı uşaqlar qalıb, onlar orada uşaq evlərinə verilib. Azərbaycanın müvafiq qurumları İraq hökuməti ilə danışıqlar aparır. Orada uşaq evlərindəki bizim uşaqları müəyyənləşdirib ölkəyə gətirilməsi prosesinə başlanılıb. Bir uşaq artıq gətirilib, digərləri ilə bağlı da müəyyənləşmələr var və artıq iş gedir ki, onlar da ölkəyə gətirilsin".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar