Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Facebook” kəşfiyyatçıları işə GÖTÜRƏCƏK

Tarix: 16-10-2017 19:18     Baxış: 4252 A- / A+
“Facebook” kəşfiyyatçıları işə GÖTÜRƏCƏK
"Facebook” sosial şəbəkəsi məxfi informasiyalara çıxışı olan şəxsləri işə götürməyi planlaşdırır.

Manevr.az ikt.lent.az-a istinadən xəbər verir ki, kəşfiyyatçıları işə götürməkdə məqsəd başqa dövlətlərin ABŞ-da seçkilərin nəticələrinə və ölkə ictimai rəyinə təsir göstərməsinin qarşısını almaqdan ibarətdir. "Facebook” idarəçiləri hesab edir ki, məxfi informasiyalara çıxışı olan şəxslər sosial şəbəkədə dağıdıcı fəaliyyəti operativ şəkildə üzə çıxara, eləcə də ABŞ rəhbərliyindən potensial təhlükələr barədə informasiyalar ala bilər.
"Bloomberg”ə açıqlama verən mənbə bildirib ki, məxfi informasiyalar barədə məlumatlı şəxslər adətən milli təhlükəsizliyin müdafiəsi ilə məşğul olan dövlət idarələrinin, eləcə də bu qurumlarla əməkdaşlıq edən özəl sektorun təmsilçiləri olurlar. Bu cür şəxsləri işə götürmək praktikası ABŞ-da mövcuddur. Son illər ərzində bu tip mütəxəssislərə tələbat artıb.

”Facebook”un rəsmi nümayəndəsi məsələ ilə bağlı şərh verməyib. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Milli Kəşfiyyatı da şərh verməkdən imtina edib.

Xatırladaq ki, "Facebook” ABŞ-dakı 2016-cı il prezident seçkilərindən əvvəl Rusiya ilə əlaqəli səhifələrin siyasi reklamlar vasitəsilə seçkilərin nəticələrinə və ölkə ictimai rəyinə təsir göstərməyə çalışdığını açıqlayıb. Sosial şəbəkə 3 minə yaxın bu cür reklam-elanı silib və müvafiq məlumatları Konqresə təqdim edib. "Facebook”un qurucusu və rəhbəri Mark Zukerberq siyasi xarakterli reklam-elanların yerləşdirilməsi prinsiplərinə yenidən baxacaqlarını bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar