Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

İranda erməni olimpiadası keçirilir

Tarix: 16-09-2016 13:10     Baxış: 3455 A- / A+
İranda erməni olimpiadası keçirilir


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın paytaxtı Tehranda keçirilən 48-ci erməni olimpiadasında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsil olunmasına münasibət bildirib.

Manevr.az-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə məlumatı var: "Azərbaycanın İrandakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini İranın müvafiq dövlət orqanlarına çatdırmaqdadır.

Bildirmək istərdik ki, İran islam Respublikası həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir".


Qeyd edək ki, Tehranda yerləşən "Ararat" klubunda 48-ci erməni olimpiadasının açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi arxiyepiskop Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, İranın Ermənistandakı səfiri, İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi, İran Prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi və Ermənistan atletləri iştirak ediblər.

10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atletin 9 idman növü üzrə yarışacağı olimpiadada Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim də təmsil olunub. Erməni idmançıların geyimində "Artsax" yazısı və separatçı rejimin bayrağı əks olunub.

Bu arada məsələyə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də münasibət bildirib. Səfir deyib ki, "İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq təşkil edilib”.

Olimpiadada Dağlıq Qarabağ separatçılarının nümayəndələrinin iştirak etməsinə gəlincə, səfir bildirib ki, yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq kimi dəvət edib:

“Bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”.(virtualaz.org)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar