Xəbər lenti 
					
 
		Azərbaycanda unikal əməliyyat - hemodializ xəstəsinə böyrək köçürüldü

Azərbaycanda daha bir unikal əməliyyat həyata keçirilib. Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində “Böyrək Xəstəlikləri və Transplantasiya” Mərkəzində icra olunub.
Dəfələrlə uğursuz əməliyyatlar keçirən 47 yaşlı Ağa Bağırova texniki cəhətdən çox mürəkkəb olsa da, yaxın qohumunun böyrəyi köçürülüb.
Bu barədə modern.az-a əməliyyatı icra edən Mərkəzin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev məlumat verib:
“Xəstə uzun illərin hemodializ xəstəsi idi və böyrək transplantasiyası üçün müraciət etdiyi bütün mərkəzlərdə xəstədən imtina etmişdilər. Əməliyyatın mürəkkəbliyi də məhz xəstənin dəfələrcə uğursuz əməliyyat keçirməsində idi. Komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmamışdır”.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















