Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı Şopinq Festivalı başladı

Tarix: 15-10-2017 10:23     Baxış: 3338 A- / A+
Bakı Şopinq Festivalı başladı
Azərbaycanda bu gün start verilən ikinci Bakı Şopinq Festivalı noyabrın 15-dək davam edəcək.
Manevr.az xəbər verir ki, bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox ticarət obyektindən xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Həmin mallara “Tax Free” imkanı təqdim olunacaq.

Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur.

“BakuShopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər.

Bakıda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağaza, restoran və digər obyektlər festivalda iştirak edir. Sözügedən mağaza və restoranların siyahısı və ünvanları festivalın rəsmi saytından əldə etmək mümkdündür.

Qeyd edək ki, prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.

İlk Bakı Şopinq Festivalı bu il aprelin 10–dan mayın 10-dək uğurla keçirilib.axsam.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar