Xəbər lenti
Sabah 21 dərəcə isti olacaq - arabir güclənən şimal-qərb küləyi olacaq
İstirahət günü, oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah paytaxtda mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.
Qeyd olunub ki, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı , bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar