Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“... arxasında ermənilərə işləyən casus dayanır" : Mikayıl Cabbarov istefaya çağırıldı

Tarix: 13-10-2017 19:55     Baxış: 5318 A- / A+
 “... arxasında ermənilərə işləyən casus dayanır"


“Yoxlanılsa, görərik ki, bu təxribatın arxasında ermənilərə işləyən casus, ya da düşməndən rüşvət alanlar dayanır. Bu cür səhvi ermənilərin özləri də etməzlər”.

Manevr.az xəbər verir ki, bunu unikal.org-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu “Всеобщая история” (“Ümumi tarix”) dərsliyində “Böyük Ermənistan” xəritəsinin çapına münasibət bildirərkən deyib. Cəlaloğlu bildirib ki, bu, təhsil sistemində ilk nöqsan deyil:

“Deyək ki, bu, təsadüfdir. Burda görünən odur ki, Təhsil Nazirliyində dövlətin əleyhinə işləyən, Azərbaycan xalqının mənafelərinə zidd mövqe tutan insanlar var. Onlar zaman-zaman dəftərlər, kitablar və başqa atributlar vasitəsilə özlərinin siyasətini həyata keçirirlər”.

Cənab Cəlaloğlu da hesab edir ki, Mikayıl Cabbarov sözügedən hadisə ilə bağlı özü istefa verməlidir:

 “... arxasında ermənilərə işləyən casus dayanır"

“Çünki Cabbarovun rəhbərlik etdiyi sahədə dövlətin əleyhinə olan çox ciddi səhvə yol verilib. Bu hallar ağır nəticələrə gətirib çıxaran hadisə olduğuna görə istefa verməlidir. Dövlət başçısı bütün dünyada Dağlıq Qarabağın tarixi faktlarla Azərbaycan ərazisi olduğunu deyir və bu istiqamətdə təbliğatını aparır. Amma İlham Əliyevin apardığı siyasəti ölkəmizdə tamamilə ifşa edən belə bir “səhv” baş verir. Təhsil Nazirliyi bu dərslikləri məktəblərdən yığışdırmaqla deyil ki?! Düşmən mətbuatı bu səhvdən çox ciddi şəkildə istifadə edir. Bildirirlər ki, “doğrudan” da Azərbaycanda Dağlıq Qarabağın tarixən Ermənistan ərazisi kimi tanıyan kitab çap olunub və bundan geniş şəkildə istifadə edirlər. Bu kitabdan beynəlxalq qurumlarda, danışıqlarda istifadə edəcəklər. Görün Mikayıl Cabbarov nə dərəcədə rütbəsini sevir ki, dövlətçiliyə çox ciddi zərbə vuran hadisə ilə bağlı özü haqqında heç bir tədbir görmür. Biri səhv edən kimi işdən çıxarırsan. Xeyr ola, dövlətimizə ciddi zərbə vuran səhvinə görə, özün barəndə heç bir tədbir görmürsən? Fikrimcə, Mikayıl Cabbarov ən azından özü-özünü cəzalandırmalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar