Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sarkisyandan Qarabağla bağlı HİYLƏGƏR OYUN : 2018-ci ilin aprelinə kimi...

Tarix: 13-10-2017 16:32     Baxış: 5282 A- / A+
Sarkisyandan Qarabağla bağlı HİYLƏGƏR OYUN


Azərbaycan və Ermənistan prezidentlərinin MDB dövlət başçılarının Soçidə keçirilən sammiti çərçivəsində görüşü olmadı. Hərçənd, görüş öncəsi bu haqda ehtimallar səsləndirilirdi.
Publika.az-ın xəbərinə görə, indi əsas gözlənti prezidentlərin ilin sonuna kimi görüşəcəyi ilə bağlıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərin nəticələri ilə bağlı yaydıqları bəyanatda buna açıq işarələr var idi. Bununla yanaşı, ilin sonuna kimi Rusiyanın da prezidentlərin görüşünü təşkil etmək istədiyi deyilir. Lakin Soçi sammitindən bir gün sonra – dünən baş verən iki məqam diqqətdən qaçmadı:

Birinci: Ermənistan snayperləri təmas xəttinə yeridərək, mövqelərimizi atəşə tutdu.

İkinci: Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan “bu gün danışıqların irəliləməsinin heç bir imkan yoxdur” deyərək, Azərbaycana qarşı “atəşkəsə nəzarət mexanizmləri” şərtini irəli sürdü.

Bu iki məqam Ermənistanın faktiki olaraq, danışıqlardan yayındığını, masada əyləşməmək üçün siyasi və hərbi platformada təxribata əl atdığını deməyə əsas verir.

Ermənistan mediasında yer alan informasiyalar da işğalçı ölkənin məqsədini açıq şəkildə göstərir.

Siyasi şərhçi Aram Amatuni yazır ki, Serj Sarkisyan diqqəti daxili problemlərə ayırır: “Ölkədə ictimai-iqtisadi problemlər var, eləcə də hökumət daxilində mübarizə qızışır. Təcrübə göstərir ki, bu, Sarkisyan üçün təbii hadisədir. Lakin o, öz hakimiyyətini qorumaq üçün təkcə daxili yox, xarici faktorları da nəzərə almalıdır. İdiki məqamda danışıqlar masasında əyləşmək hər şeydən öncə Sarkisyanın hakimiyyəti üçün təhlükəlidir”.

Erməni şərhçinin sözlərindən belə anlaşılır ki, Sarkisyan danışıqları ən az 2018-ci ilin aprelinə kimi uzatmaq niyyətindədir. Həmin vaxt o, prezident səlahiyyətlərini təhvil verəcək və hakimiyyət üzərində nəzarəti saxlamaq üçün özünə yeni post açacaq. Bu proses fonunda A.Amatinin “Sarkisyan daxili siyasətdə yenə də Qarabağ kartına müraciət edəcək” sözləri diqqət çəkir.

Hesab etmək olar ki, Sarkisyan danışıqlar masasında əyləşməmək üçün siyasi və hərbi təxribatlarını davam etdirəcək.

A.Amatini qeyd edir ki, “Qarabağ ətrafında ciddi proseslər başlayanda, bu, müharibə mərhələsinə keçid üçün əsas olur. İndiki məqamda, danışıqların saxlanılması daha yaxşıdır, əks halda, “ciddi danışıqlar” arxasınca müharibəni gətirir”.

Erməni şərhçinin dediklərindən belə anlaşılır ki, Sarkisyan həm də müharibə qorxusuna görə danışıqların dondurulmasına çalışır. Faktiki olaraq, işğalçı ölkə təhlükəli oyun oynayır. Çünki danışıqların dondurulması müharibə fitilinin hər an alovlanması deməkdir.

O da istisna deyil ki, Sarkisyan prezident postunu təhvil verdikdən sonra nəzarəti əldən verməmək üçün təmas xəttində gərginliyin olmasında maraqlıdır. Çünki onun 2018-ci ildən sonra Milli Təhlükəsizlik Şurasının baş katibi olacağı haqda informasiyalar var. Qarabağda istənilən toqquşma Sarkisyanın “lazımlılıq” potensialını artıra bilər. Ermənistan prezidentinin Soçidən gələn kimi snayperləri təmas xəttinə göndərməsi də bütün bunların fonunda diqqət çəkir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar