Xəbər lenti 
					
 
		NİDA-çıdan "Yeni Müsavat"ın redaktoruna: "Bu hədsiz cılızlaşmaqdır"

Müsavat Partiyası və “Yeni Müsavat” qəzeti arasında qarşıdurma davam etməkdədir. Rauf Arufoğlu Arif Hacılının söz atışmasına bu dəfə qardaşları Mustafa Hacıbəyli və Azər Ayxan qarışıb.
Mustafa Hacıbəyli status yazaraq Rauf Arifoğluna bildirib ki, sən təslim olmamısan, satılmısan. Azər Ayxan da öz növbəsində Mustafa Hacıbəylinin bu statusuna statusla cavab verərək bildirib ki, o, çox şeylər barədə yazacaq. Azər Ayxanın statusunda yazdığı bir məqam isə narazılıqla qarşılanıb. R. Arifoğlunun qardaşı Mustafa Hacıbəylinin qardaşının statusunu bəyənənləri saxta profil və facebook avaraları adlandırıb. Mustafa Hacıbəylinin statusunu bəyənənlərdən biri olan NİDA vətəndaş hərakatının üzvü Ülvi Həsənli Azər Ayxanın fikirlərinə münasibət bildirib:
“Azər Ayxan onsuz öyrəşib insanlara belə sözlər deməyə. Artıq belə ritorika insanın qabağına çıxanda birinci növbədə Azər Ayxan yada düşür. Mən saxta deyiləm, real profiləm, bəyəndiyim bir fikir olub və bəyənmişəm. Bu artıq hədsiz cılızlaşmaqdır ki, statusu layk edən onlarla-yüzlərlə adama da səviyyəsiz ifadələr yazasan”.
Moderator.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















