Xəbər lenti
Qarabağ probleminin həllinə ümid bəsləyirik - Zaoralek
Biz Azərbaycan və Ermənistan prezidentlərinin keçirilməsi planlaşdırılan görüşündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən irəliləyişlərə nail olunacağına ümid bəsləyirik.
Report-un məlumatına görə, bunu Avropa Şurasının Nazirlər Komitəsinin (AŞ NK) fəaliyyətdə olan sədri, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını həyata keçirən əsas qurum ATƏT-in Minsk qrupudur: "Həmsədrlər danışıqların real nəticələrlə yekunlaşması istiqamətində səylərini davam etdirirlər. Öz növbəsində, Avropa Şurası da sülh danışıqlarının daha intensiv və müsbət nəticə ilə yekunlaşması üçün daha demokratik mühitin formalaşmasına səlahiyyətləri çərçivəsində kömək göstərməyə hazırdır. Əsas niyyət məhz diplomatik vasitələrlə sülhün əldə edilməsi olduğundan bu gedişatda hər hansı tərəfin arzuolunmaz addımları prosesə yalnız mənfi təsir göstərə bilər".
Qeyd edək ki, R.Hüseynov Ermənistanın Azərbayana təcavüzü, Dağlıq Qarabağ problemi, Ermənistanın atəşkəs rejimini tez-tez pozması və yeni təxribatlar törətməsini avroparlamentarilərin diqqətinə çatdırıb: "Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti, yaxud daha dəqiqi fəaliyyətsizliyi uzun illərdir tam səmərəsizdir. Bu məsələnin diplomatik vasitələrlə həlli hər iki üzv ölkənin Avropa Şurası qarşısında əsas öhdəliklərindən olduğundan təşkilatımızın yaxasını kənara çəkməyə ixtiyarı yoxdur. Bir sıra xarici güclərə arxalanan Ermənistan son dövrlərdə intensiv olaraq atəşkəs rejimini pozur, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Mingəçevir Su Elektrik Stansiyasını və Azərbaycanın digər mühüm strateji obyektlərini partladacağı ilə hədələyir. Cənubi Qafqazda kənar qüvvələrin də müxtəlif məqsədlərlə regiona müdaxiləsini mümkünləşdirəcək genişmiqyaslı müharibə təhlükəsi yaranıb. Avropa Şurası Nazirlər Komitəsi ümumi sözlərlə deyil, konkret təşəbbüslərlə işğalçı Ermənistanın əslində bütün Avropa üçün ciddi təhlükələr vəd edən, bu aqressiv hərəkətlərinin qarşısının alınması üçün nə kimi təcili tədbirlər görə bilər?”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar