Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı gənc Rusiya kanalında millətini və müsəlmanları təhqir etdi – VİDEO

Tarix: 09-10-2017 14:36     Baxış: 4315 A- / A+
Azərbaycanlı gənc Rusiya kanalında millətini və müsəlmanları təhqir etdi – VİDEO


Rusiyanın “THT” kanalında azərbaycanlı gənc atasının timsalında həm azərbaycanlıları, həm də müsəlmanları təhqir edib.

Manevr.az-ın“A24.az”-a istinadən əldə etdiyi məlumata görə, 23 yaşlı Ruslan Həsənov “Açıq Mikrafon” yarışmasına qatılıb. Yarışmada iştirakçıya verilən vaxt ərzində studiyada əyləşən münsif və tamaşaçıları güldürməlisən. Çıxışına ilk olaraq atasından başlayan gənc sanki dedikləri ilə hansısa mesajı verməyə çalışıb:
“Mənim çox qeyri-adi ailəm var. Mənim atam azərbaycanlı, anam isə rusdur. Bir çoxlarının uşaqlıqda valideynlərindən sirr saxladığı anlar olur. Mənim də sirrim var idi. Belə ki, məni atamdan gizlin xaç suyuna çəkiblər. Çünki o müsəlmandır və həmişə onunla gəzmək mənim üçün qorxulu olub. Birincisi, biz hər zaman onun hansısa azərbaycanlı dostu ilə gəzirdik. İkincisi də, onunla harasa gedəndə xaçı çıxartmaq məcburiyyətində qalırdım”.
“Bir çox qızlar xarici vətəndaşlarla ailə həyatı qurur ki, onların övladları gözəl olsun. Amma mənim anam azərbaycanlıya ərə gedib və mən doğulmuşam. Bu nə sifətdir? Mister Binə oxşayıram…”
Daha sonra azərbaycanlı gənc atasının təkcə müsəlman deyil, həm narkoman olmasını da lağ edərək tamaşaçıları güldürməyə çalışıb:
“Minnətdaram ki, atama görə mənim çox maraqlı uşaqlığım olub. Təkcə azərbaycanlı olduğuna görə yox, həm də narkaman olduğu üçün … Lakin mənim atam həm də müsəlmandır və ona spirtli içki içmək olmaz. O zaman nə etməli idi?” deyərək, Ruslan Həsənov 4 dəqiqəlik çıxışı ancaq azərbaycanlı atasının üzərində qurub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar