Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bəzi azərbaycanlılar ermənilərlə birləşib ordumuzu ləkələməyə çalışır" - Ekspert

Tarix: 07-10-2017 15:20     Baxış: 5259 A- / A+
"Bəzi azərbaycanlılar ermənilərlə birləşib ordumuzu ləkələməyə çalışır"


"Son günlər xaricdə sığınacaq tapmış bəzi üzdəniraqlar sosial şəbəkələrdə ölkəmizin uğurlarına qısqanclıqla yanaşaraq ordumuz haqqında şayiələr yaymaqla məşğuldurlar. Xaricdə məskunlaşan bu adamlar ermənilərə satqınlıq edənlərin qohumları ilə əlaqə yaradır və topladıqları məlumatları sosial şəbəkələrdə paylaşmaqla öz aləmlərində ölkəmizdə baş verən proseslərə təsir etməyə cəhd göstərirlər. Bunu yerinə yetirənlər açıq şəkildə erməni lobbisinə xidmət edənlərdir".

Manevr.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov bildirib.

Veteran hərbçinin sözlərinə görə, Azərbaycan ordusu ən güclülərdəndir. Lakin, görünür, Ordumuzun uğurları bəzi bədnamları ciddi narahat edir: "Qısa müddət ərzində Azərbaycanda, o cümlədən Ali Baş Komandanın tapşırığına əsasən ordumuzda aparılan islahatlar və qazanılan uğurlar göz qabağındadır. Artıq hamı təsdiq edir ki, Ordumuz uğurla inkişaf edir, döyüş hazırlığı, nizam-intizamı daha da möhkəmlənir, yeni silah və texnika alınır, irimiqyaslı təlimlər keçirilir. Dünyanın bir çox nüfuzlu şəxsləri və təşkilatlar qazandığımız uğurları yüksək qiymətləndirirlər. Belə olan halda bir ovuc qara niyyətli xəbislərin yalanları, əslində, heç nəyi dəyişmir. Uğurlarımızdan narahat olanlar isə, əsasən, düşmən dəyirmanına su tökənlər və erməni lobbisinin təsiri altına düşənlərdir".

Polkovnik qeyd edib ki, bütün bu uğursuz, qərəzli çıxışlara baxmayaraq xalqımız ordumuza güvənir və onun qələbələrinə sevinir: "Xaricdəki bəzi azərbaycanlılar ermənilərlə birləşib ordumuzu ləkələməyə çalışır. Öz tərəfimdən isə sosial şəbəkə istifadəçilərindən bu cür təxribatlara uymamağı və ara söhbətlərinə fikir verməməyi tövsiyə edirəm".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar