Xəbər lenti
Bakıda 9 ballıq zəlzələ ola bilər ... - Video
Bakıda 9 bal gücündə zəlzələ baş verə bilər.
Xəzər xəbər-in verdiyi məlumata görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri Səbail rayonunun seysmik risklərini tədqiq edərkən bu qənaətə gəliblər. Mərkəzin şöbə müdiri Tahir Məmmədlinin sözlərinə görə, Azərbaycanda indiyə qədər baş verən zəlzələlərin heç biri 7 baldan yuxarı olmayıb.
Tədqiqatlar zamanı o da məlum olub ki, paytaxtın seysmoloji baxımdan ən aktiv zonası Səbail rayonunun "20-ci sahə" və "Bayıl yamacı" adlandırılan əraziləridir.
Layihə çərçivəsində Səbail rayonu ərazindəki tikililərin özüllərinin vəziyyəti və onların zəlzələyə davamlılığı da öyrənilib. Məlum olub ki, rayonda bir neçə tip bina var. Onlar müasir hündürmərtəbəlilər, 2-3 mərtəbəli villalar, köhnə həyət evləri, tarixi tikililər, sovet dövründə tikilmiş beşmərtəbəli və doqquzmərtəbəli binalardır.
Gözlənilən zəlzələ zamanı sürüşmənin olacağı da istisna edilmir. Xüsusən də rayonun "20-ci sahə" və "Bayıl yamacı" faktiki olaraq zəlzələ zamanı aktiv şəkildə sürüşməyə məruz qala bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar